BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdləri ADA Universitetində

15/04/2026

Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin və “EkoSfera” Ekoloji-Sosial Mərkəzinin birgə təşəbbüsü ilə “Eko-Məktəblər Azərbaycan” proqramı çərçivəsində Bakı Dövlət Universitetinin nəzdində “Gənc istedadlar” liseyinin şagirdləri üçün ADA Universitetinə maarifləndirici ekskursiya təşkil olunub.

Bakı şəhəri üzrə “Yaşıl Şəbəkə” ekoloji maarifləndirmə proqramına daxil olan “Gənc istedadlar” liseyinin IX-XI sinif şagirdləri ADA Universitetinin müasir kampusu, Kənd Təsərrüfatı və Qida Elmləri Məktəbinin (SAFS) fəaliyyəti ilə tanış olub, müasir aqrar və qida sistemləri, dayanıqlı inkişaf prinsipləri və ekoloji yanaşmalar barədə geniş məlumat əldə ediblər.

Şagirdlər kənd təsərrüfatı və qida siyasəti üzrə professor Səidə Əliyevanın dayanıqlı qida sistemləri, bu sahədə elmi yanaşmalar və gənclərin rolu haqqında çıxışını dinləyiblər. Ekskursiya zamanı SAFS laboratoriyaları da ilk dəfə olaraq ekoklub üzvlərinə təqdim olunub. Universitet mühitində təşkil edilən təqdimatlar və interaktiv müzakirələr şagirdlərin elmə, tədqiqata və gələcək ixtisas seçimlərinə marağını daha da artırıb.

Xəbərlər

18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür

18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür
18/10/2026

BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub

BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub
16/10/2026

BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
16/10/2026