BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdləri üçün infotur

16/10/2025

Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinin VII sinif şagirdləri üçün infotur keçirilib.

Əvvəlcə şagirdlər BDU-nun Heydər Əliyev muzeyi və Heydər Əliyev lektoriyası ilə tanış olublar. Bildirilib ki, ən son texnologiyalar əsasında və müasir üslubda hazırlanan hər iki məkanda Ümummilli Liderin həyatını və siyasi fəaliyyətini əks etdirən eksponatlar və məlumatlar həm real, həm də digital şəkildə ziyarətçilərə nümayiş etdirilir.

Daha sonra şagirdlər BDU-nun “Genetika və təkamül”, “Faydalı qazıntılar” muzeyi və Universitetin unikal layihəsi olan “EKO Məkan”a ziyarət ediblər.

İnfotur zamanı şagirdlərə son illər Universitetdə aparılan yenidənqurma və bərpa işlər, həmçinin BDU-dakı ixtisaslar barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, müasir dövrün tələbləri və karyera imkanları nəzərə alınaraq, tələbələr üçün hər cür şərait yaradılıb. Universitetin müasir tədris metodları, informasiya texnologiyaları sahəsində tətbiq etdiyi yeniliklər, BDU-nun “TEKNOFEST” və “Robotex” komandalarının beynəlxalq uğurları və beynəlxalq reytinqlərdə əldə olunan nailiyyətlər Universitetdə görülən işlərə əyani sübutdur.

Sonda şagirdlər BDU-nun şəhid-məzunlarının xatirəsinə həsr olunmuş guşəyə ziyarət ediblər.

Xəbərlər

BDU-nun həmtəşkilatçılığı ilə Arxeoloji Yay Məktəbi davam edir

BDU-nun həmtəşkilatçılığı ilə Arxeoloji Yay Məktəbi davam edir
07/08/2026

BDU-da yeni ixtisas: “Regionşünaslıq (Afrika üzrə)”

BDU-da yeni ixtisas: “Regionşünaslıq (Afrika üzrə)”
06/08/2026

BDU-da abituriyentlər üçün “Açıq qapı” günləri başa çatıb

BDU-da abituriyentlər üçün “Açıq qapı” günləri başa çatıb
06/08/2026