BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdləri Respublika Fənn Müsabiqələrində 8 medal qazanıb

19/06/2026

Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinin şagirdləri Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasında və Respublika Fənn Müsabiqələrində böyük uğura imza atıblar.

Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasının nəticələrinə görə, liseyin V sinif şagirdləri Cahid Kazımlı, Elcan Kazımlı və Şamil Məmmədli qızıl, Sevda Mehdizadə, Yağmur Tağıyeva, Tofiq Abdullayev, Abdurrəhman Nəsirov və Tuncay Səmədli gümüş, Ülvi Məmişzadə, Tunar Məhyəddinli, Səlcuq Hüseynli, Ərəstun Fərzəliyev və Nəzakət Bayramova isə bürünc medala layiq görülüblər.

Respublika Fənn Müsabiqələrinin yekun nəticələrinə əsasən isə, liseyin VII sinif şagirdləri Məhəmmədəli Bağırzadə (Riyaziyyat), Nərmin İsmayılova (Kimya) və Tuncay Şirinli (Biologiya) qızıl, VI sinif şagirdi Murad Abdulla (İnformatika) gümüş, VI sinif şagirdləri Zəhra Yahyayeva, Aysu Səfərova, Əli Əmiraslanov və VII sinif şagirdi Şahmar Əsədov (Riyaziyyat) bürünc medal qazanıblar.

Qeyd edək ki, Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Təhsil İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən müsabiqələrin təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasıdır.

Qalib şagirdlərimizi təbrik edir, uğurlar arzulayırıq!

Xəbərlər

BDU-da Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzi yaradılır

BDU-da Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzi yaradılır
16/07/2026

BDU “Geosiyasət” ixtisaslaşması üzrə peşəkar kadrlar hazırlayacaq

BDU “Geosiyasət” ixtisaslaşması üzrə peşəkar kadrlar hazırlayacaq
15/07/2026

BDU Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi ali təhsil müəssisələrinin sərgisində təmsil olunacaq

BDU Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi ali təhsil müəssisələrinin sərgisində təmsil olunacaq  
15/07/2026