BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdlərinin beynəlxalq uğuru

18/07/2026

Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinin şagirdləri yeni  beynəlxalq uğurlara imza atıblar.

Belə ki, liseyin XI sinif şagirdi Elman Kərimli 58-ci Beynəlxalq Kimya Olimpiadasında (IChO2026) bürünc medal qazanaraq Azərbaycanı uğurla təmsil edib. Elman Kərimli Respublika Fənn Olimpiadasının (RFO) kimya fənni üzrə qızıl medalçısıdır. O, həm də kimya sahəsində nüfuzlu beynəlxalq yarışmalardan biri olan 60-cı Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında bürünc medal qazanıb.

Liseyin IX sinif şagirdi Məhəmməd Abdulla isə Bolqarıstanın Varna şəhərində keçirilən XII Avropa Coğrafiya Olimpiadasında III yerə layiq görülüb. O, Moskva şəhərində keçirilən II Beynəlxalq Açıq Coğrafiya Olimpiadasının (II International Open Geography Olympiad) bürünc, RFO-nun coğrafiya fənni üzrə gümüş medalçısıdır.

Şagirdlərimizi böyük uğurları münasibətilə təbrik edir, təhsil həyatlarında yeni nailiyyətlər arzulayırıq!

Xəbərlər

BDU-da “Xarıbülbül” rəsm sərgisi keçirilir

BDU-da “Xarıbülbül” rəsm sərgisi keçirilir
06/11/2026

BDU tələbələri Zəfər muzeyində

BDU tələbələri Zəfər muzeyində
06/11/2026

BDU-nun Astrofizika kafedrası bayram günləri üçün kosmik hava proqnozunu açıqlayıb

BDU-nun Astrofizika kafedrası bayram günləri üçün kosmik hava proqnozunu açıqlayıb
06/11/2026