BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdlərinin böyük uğuru

02/12/2024

Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinin 13 şagirdi Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı  ilə keçirilən IX Respublika Fənn Müsabiqələrinin, 4 şagirdi  isə Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasının qalibi olub.

Belə ki, liseyin şagirdləri Alikamal Həsən, Sulduz Hacıyev, Saleh Həsənli, Mehdi Şeydalı Riyaziyyat fənni üzrə qızıl, Yusif Fətullayev Fizika, Akif Qurbanov Riyaziyyat fənləri üzrə gümüş, Ayxan Məmmədli Fizika, Fidan Həşimova Kimya, Tayfun Məhərrəmli, Ülvi Süleymanlı, Tamerlan Heydərov, Ağasəlim Musayev, Aysu Abbasova Riyaziyyat fənləri üzrə bürünc medala layiq görülüblər.

Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasında isə liseyin şagirdləri Həsən Süleymanov qızıl, Şahmar Əsədov gümüş, Ruqiyyə Sadıqlı və Murad İmanov isə bürünc medalın sahibi olublar. Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasında medal sayına görə “Gənc istedadlar” liseyi ölkə üzrə II yerdədir.

Şagirdlərimizi təbrik edir, daha böyük uğurlar arzulayırıq!

Xəbərlər

Birinci instansiya məhkəmələrinə ilk dəfə təyin edilən 39 hakimdən 27-si BDU məzunudur

Birinci instansiya məhkəmələrinə ilk dəfə təyin edilən 39 hakimdən 27-si BDU məzunudur
11/10/2026

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva
10/10/2026

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026