BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdlərinin Respublika fənn müsabiqələrində böyük uğuru

15/06/2024

Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinin 13 şagirdi Respublika fənn müsabiqələrində böyük uğur qazanıb.

Belə ki, liseyin şagirdləri Alikamal Həsənov, Sulduz Hacıyev, Mehdi Şeydalı, Saleh Həsənli Respublika fənn müsabiqələrində I, Yusif Fətullayev, Akif Qurbanov II, Tamerlan Heydərov, Ülvi Süleymanlı, Fidan Həşimova, Aysu Abbasova, Ayxan Məmmədli, Tayfun Məhərrəmli və Ağasəlim Musayev III yerə layiq görülüblər.

Respublika fənn müsabiqələri ümumi təhsil müəssisələrinin VI-VII sinif şagirdləri arasında fizika, kimya, biologiya, riyaziyyat və informatika fənləri üzrə təşkil edilir. Müsabiqənin keçirilməsinin əsas məqsədi istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılması və Beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinə namizəd şagirdlərin müəyyən edilməsindir.

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”
04/09/2026

BDU-nun əməkdaşı və TGT sədri Antalyada “Gənclərin Dəyişimi Proqramı”nda

BDU-nun əməkdaşı və TGT sədri Antalyada “Gənclərin Dəyişimi Proqramı”nda
04/09/2026

BDU məzunu olan Dövlət Proqramı təqaüdçüsü: "Böyük arzular kiçik addımlardan başlayır"

BDU məzunu olan Dövlət Proqramı təqaüdçüsü: "Böyük arzular kiçik addımlardan başlayır"
04/09/2026