BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin müəllimi Zəhra Qasımova vəfat edib

05/01/2025

Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinin informatika müəllimi  Zəhra Qasımova vəfat edib.

Zəhra Qasımova 1971-ci il dekabrın 5-də Bakı şəhərində anadan olub. O, 1978-1988-ci illərdə Binəqədi rayonu 102 nömrəli tam orta məktəbdə, 1989-1994-cü illərdə BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsində təhsil alıb. 1995-ci ildə BDU-nun Fizika fakültəsində laborant kimi əmək fəaliyyətinə başlayıb. 1999-2005-ci illərdə “Ozon generatorları” elmi-tədqiqat laboratoriyasının baş laborantı vəzifəsində çalışıb. 2007-ci ildən bu günədək BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin informatika müəllimi kimi fəaliyyət göstərib. O, həm də 2005-ci ildən BDU-nun nəzdində Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun Biofizika şöbəsinin böyük laborantı vəzifəsində işləyirdi.

BDU rəhbərliyi və kollektivi Zəhra Qasımovanın vəfatından kədərlənir, ailəsinə dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

Xəbərlər

BDU Özbəkistanın ali təhsil və elmi-tədqiqat müəssisələri ilə əməkdaşlığı genişləndirir

BDU Özbəkistanın ali təhsil və elmi-tədqiqat müəssisələri ilə əməkdaşlığı genişləndirir
25/08/2026

BDU-ya qəbul olunanların nəzərinə!

BDU-ya qəbul olunanların nəzərinə!
25/08/2026

BDU-nun tələbəsi adını qazanan şəhid övladları

BDU-nun tələbəsi adını qazanan şəhid övladları
25/08/2026