BDU-nun nəzdində “Gənc İstedadlar” liseyində “Son zəng” çalınıb

14/06/2021

Bakı Dövlət Universitetinin nəzdində “Gənc İstedadlar” liseyində son zəng tədbiri keçirilib.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə  çıxış edən BDU-nun Elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov məzunları və onların valideynlərini təbrik edib. Liseyin  fəaliyyətindən söz açan  prorektor, bu illər ərzində  qazanılan nailiyyətlərdən danışıb, lisey şagirdlərinin respublika və beynəlxalq olimpiadalarda, müxtəlif intellekt, bilik və idman yarışlarında qazandıqları uğurlara  toxunub. Prorektor Hüseyn Məmmədov gənc nəsildə təhsilə, elmə marağın daha da artırılması və geniş dünyagörüşünün formalaşdırılmasının ən əsas məsələlərdən olduğunu bildirib.

Sonra  liseyin direktoru Arif Bağırov çıxış edərək qeyd edib ki, 2020-2021-ci tədris ilində liseyi 50 nəfər məzun bitirir. Onlardan 12 nəfəri medala, 9 nəfəri isə fərqlənmə attestatına namizəddir. Direktor çıxışında bildirib ki, “Sabahın alimləri” müsabiqəsində şagirdlərin 3 layihəsi I , 5 layihə II, 3 layihə III, 1 layihə isə xüsusi mükafata layiq görülmüşdür. XI sinif şagirdi Xanlar Abbasov Con Fon Neyman adına Macarıstan beynəlxalq riyaziyyat olimpiadasında həvəsləndirici mükafata, respublika fənn oplimpiadasında isə informatika fənni üzrə bürünc medala layiq görülüb.

Liseyin direktor müavini Məleykə Bayramova və valideynlər adından çıxış edən Ramiz Əliquliyev şagirdlərin respublika və beynəlxalq olimpiadalarda və müsabiqələrdə  qazandığı uğurlardan ətraflı bəhs edərərk onları təbrik edib, məzunları doğma Bakı Dövlət Universitetinin auditoriyalarında görmək arzusu ilə gələcək həyatlarında onlara uğurlar arzu ediblər.

Mərasim şagirdlərin hazırladıqları “Son zəng” ədəbi-bədii kompozisiya ilə davam etdirilib.

Xəbərlər

BDU-da Çin Xalq Respublikasının Anhui Universitetinin nümayəndə heyəti ilə görüş

BDU-da Çin Xalq Respublikasının Anhui Universitetinin nümayəndə heyəti ilə görüş
16/06/2026

BDU və Əl-Fərabi adına Qazax Milli Universitetinin birgə ikili diplom proqramı üzrə magistrantların dissertasiya müdafiəsi keçirilib

BDU və Əl-Fərabi adına Qazax Milli Universitetinin birgə ikili diplom proqramı üzrə magistrantların dissertasiya müdafiəsi keçirilib
16/06/2026

“Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” V gənclər düşərgəsi başa çatıb

“Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” V gənclər düşərgəsi başa çatıb
16/06/2026