BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə Anım Günü qeyd olunub

27/09/2022

Bakı Dövlət Universitetinin (BDU) nəzdində İqtisadiyyat və Humanitar Kollecdə 27 sentyabr - Anım Günü ilə bağlı tədbir keçirilib.  

Əvvəlcə Dövlət himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  

Tədbiri giriş sözü ilə açan Kollecin direktoru Səhər Orucova 2020-ci il sentyabrın 27-də ermənilərin ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə  Ordumuzun işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda apardığı Vətən müharibəsi və həmin dövrdə xalqımızın göstərdiyi əzmkarlıqdan söz açıb. Səhər Orucova kollecin şəhid məzunları Novruz Həsənov, Elgün Muradov, Nicat Səmədov haqqında danışaraq onların timsalında bütün şəhidlərimizin xalqımızın qəlbində əbədi yaşayacağını bildirib.  

Gənclərin Çağırışaqədərki Hazırlığı rəhbəri, ehtiyatda olan polkovnik-leytenant Pərviz Hüseynov isə qeyd edib ki, Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib, 2900 nəfərdən artıq hərbi qulluqçumuz həlak olub, minlərlə  hərbçimiz yaralanaraq sağlamlığını itirib.  

Kollecin şəhid məzunu Nicat Səmədovun anası Pərvanə Səmədova oğlunun uşaqlığından, tələbəlik illərindən, arzu-istəklərindən, gələcək planlardan söz açaraq onunla fəxr etdiyini diqqətə çatdırıb.  Yaradıcılıq Mərkəzinin sədri Kamran Eyubov şəhidlər haqqında şeir səsləndirib.  

Tədbirdən sonra kollecin direktoru Səhər Orucova şəhid Nicat Səmədovun ailəsi ilə görüşüb, onların problem və təkliflərini dinləyib.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024