BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə imtahan stresinin idarə olunmasına dair təlim

22/05/2024

Bakı Dövlət Universitetinin (BDU) Psixoji yardım sektoru BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə “İmtahan stresinin idarə olunması” adlı təlim keçirib.

Təlim zamanı tələbələrə stresin həyatımıza təsiri, idarə olunması yolları, stres reaksiyaları, imtahan stresinə səbəb olan faktorlar haqqında ətraflı məlumat verilib. Qeyd edilib ki, imtahan stresi imtahandan əvvəl və ya imtahan vaxtı bacarığın səmərəli istifadə edilməsinə neqativ təsir göstərən narahatlıq halıdır. Bu, emosional, fizioloji, zehni və davranışla bağlı dəyişikliklərin yaranmasına səbəb olur.

Təlimdə iştirakçılara stres zamanı istifadə edilə biləcək effektiv və düzgün nəfəs, proqressiv əzələ rahatlama texnikaları izah edilib.

Sonda stresi aradan qaldırmaq üçün istifadə edilən psixoloji texnikalar icra olunub.

Xəbərlər

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür
12/11/2026

BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub
12/11/2026

BDU-nun gənc tədqiqatçıları beynəlxalq elmmetrik bazalardan istifadə qaydaları barədə məlumatlandırılırlar

BDU-nun gənc tədqiqatçıları beynəlxalq elmmetrik bazalardan istifadə qaydaları barədə məlumatlandırılırlar
11/11/2026