BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə Məzun Günü

07/07/2023

Bakı Dövlət Universitetinin (BDU) nəzdində İqtisadiyyat və Humanitar Kollecdə Məzun Günü keçirilib.

Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

BDU-nun rektoru Elçin Babayev məzunları təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzulayıb. Elçin Babayev Ümummilli Lider Heydər Əliyevin BDU-nun dünya şöhrətli məzunu olduğunu xatırladıb, bütün məzunları Ulu Öndərin miras qoyduğu dəyərləri yaşatmağa çağırıb. Rektor Kollecin gördüyü işləri, Universitet ilə sıx əməkdaşlığı yüksək qiymətləndirib, məzunların gələcəkdə bacarıqlı mütəxəssis kimi ölkəmizin tərəqqisində, cəmiyyətin inkişafında mühüm rol oynayacaqlarına əmin olduğunu bildirib: “Bu il kolleci 3 məzun fərqlənmə diplomu ilə bitirib. Sayı az olmasına baxmayaraq, keyfiyyətə önəm verilməsi təqdirəlayiqdir. Bundan sonra da məzunlarımızın gələcəkdə yüksəkixtisaslı kadrlar kimi yetişməsi və əmək bazarında öz layiqli yerlərini tutmaları üçün lazımi addımları atacağıq".

Kollecin direktoru Səhər Orucova dövlətimizin təhsilə diqqət və qayğısından, bu tədris ilində görülən işlərdən söz açıb. O, BDU rəhbərliyinin hər zaman Kolleci diqqətdə saxladığını və Universitet ilə sıx əlaqədə fəaliyyət göstərdiklərini qeyd edib.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Gülnar Rəhimova Məzun Gününün “Heydər Əliyev İli”nə təsadüf etməsinin məzunlar üçün böyük şans olduğunu bildirib. Onların əsası Ulu Öndər tərəfindən qoyulan ideologiyanı layiqincə davam etdirəcəklərinə əminliyini ifadə edib.

Kollecin ictimai həyatında xüsusi fəallıq nümayiş etdirən  və təhsildə fərqlənən məzunlar diplom və təşəkkürnamələrlə təltif ediliblər.

Tədbir Kollec tələbələrinin və bir sıra incəsənət xadimlərinin çıxışlarından ibarət konsert proqramı ilə davam edib.

Xəbərlər

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi
20/09/2026

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür
20/09/2026

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva
19/09/2026