BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə Pedoqoji Şuranın iclası keçirilib

14/07/2021

Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə cari tədris ilinin yekunları və yeni tədris ilinə hazırlıqla bağlı Pedoqoji Şuranın iclası keçirilib.

İclası giriş sözü ilə açan Kollecin direktoru professor Səhər Orucova cari tədris ilində imtahanların təşkili,  yeni tədris ilinə hazırlıq və  görüləcək işlər barəsində geniş çıxış edib.

Kollecin tədris işləri üzrə direktor müavini İradə Xudiyeva hesabat verərək bildirib ki, dərslərin onlayn formada keçirilməsinə baxmayaraq, tələbələr arasında mənimsəmənin yüksək olduğunu, müəllimlərin müasir tədris metodlarından istifadə edərək bu dərs formasına tez inteqrasiya etdiklərini nəzərə çatdırıb. Direktor müavini  Kollecdə Münaqişə Komissiyası və İmtahan Qərargahının yaradıldığını, qiymətindən narazı qalan tələbələrin bu komissiyaya müraciət etdiyini də qeyd edib.  Qiymətləndirmə və monitorinq şöbəsinin müdiri Afaq Malıyeva  Kollecin builki 297 məzunundan 28 nəfərinin fərqlənmə diplomu ilə bitirdiyini bildirib və Kollecdə yay məktəbinin fəaliyyət göstərəcəyini, akademik borcu qalan tələbələrin bura cəlb olunmasının vacibliyini diqqətə çatdırıb. İclasda qərara alınıb ki, akademik borcu qalan tələbələrin yay məktəbinə cəlb olunmaları təmin edilsin.

Daha sonra Kollecin tərbiyə işləri üzrə direktor müavini Gülnarə Həsənovanın hesabatı dinlənilib. O, tədbirlərin onlayn keçirildiyini və tələbələrin  tədbirlərə fəal qoşulduqlarını, davamiyyətə  ciddi riayət etdiklərini qeyd edib.

 

Xəbərlər

XII Bakı Beynəlxalq Kitab Sərgisində “BDU-nun Media problemləri jurnalı” təqdim olunub

XII Bakı Beynəlxalq Kitab Sərgisində “BDU-nun Media problemləri jurnalı” təqdim olunub
25/10/2026

BDU-nun dosenti, XII Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarı Reyhan Şıxlinskayanın oxucuları ilə görüşü

BDU-nun dosenti, XII Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarı Reyhan Şıxlinskayanın oxucuları ilə görüşü
25/10/2026

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş
24/10/2026