BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə qış imtahan sessiyası keçirilir

06/01/2023

Bakı Dövlət Universitetinin (BDU) nəzdində İqtisadiyyat və Humanitar Kollecdə 2022/2023-cü tədris ilinin qış imtahan sessiyası başlayıb.  İmtahanlar iki növbədə (Humanitar ixtisaslar üzrə yazılı imtahanlar saat 10:00-dan 13:00-dək, İqtisadiyyat ixtisasları üzrə imtahanlar saat 14:00-dan 17:00-dək) keçirilir. İmtahanlarda Azərbaycan və rus bölmələri üzrə 1042 tələbə iştirak edir. Qeyd edək ki, Kollecdə bu tədris ilində ilk dəfə rus bölməsi üzrə qruplar açılıb. Qış imtahan sessiyası zamanı üzrlü və üzrsüz səbəblərdən imtahanda iştirak etməyən təhsilalanlara həmin fənlərdən imtahan vermək üçün fevral ayının 7-dən 14-dək şərait yaradılacaq.


Sessiyanın gedişinə operativ nəzarət, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə İmtahan Qərargahı və Apelyasiya Komissiyası yaradılıb. Komissiya sessiya müddətində imtahanların gedişi ilə əlaqədar ərizə, təklif və Elm və Təhsil Nazirliyinin "Qaynar xətt"i vasitəsilə daxil olmuş şikayətlərin araşdırılmasını təmin edəcək. Bundan əlavə, yanvarın 5-dən 17-dək Kollecə ümumi orta təhsil bazasından qəbul olan 256 tələbənin böyük summativ qiymətləndirilməsi aparılacaq.

Xəbərlər

Birinci instansiya məhkəmələrinə ilk dəfə təyin edilən 39 hakimdən 27-si BDU məzunudur

Birinci instansiya məhkəmələrinə ilk dəfə təyin edilən 39 hakimdən 27-si BDU məzunudur
11/10/2026

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva
10/10/2026

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026