BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə qış imtahan sessiyası keçirilir

17/01/2025

Bakı Dövlət Universitetinin (BDU) nəzdində İqtisadiyyat və Humanitar Kollecdə 2024/2025-ci tədris ilinin qış imtahan sessiyası keçirilir.

İmtahanlar iki növbədə (humanitar ixtisaslar üzrə yazılı imtahanlar saat 10:00-dan 13:00-dək, iqtisadiyyat ixtisasları üzrə imtahanlar saat 14:00-dan 17:00-dək) təşkil olunub.

Kollec üzrə ümumi tələbə sayı 1650 nəfər təşkil edir. Əyani təhslalma formasında 1326 tələbə imtahanlarda (288 nəfər tələbə ümumtəhsil fənlərindən böyük summativ qiymətləndirmədə) iştirak edir. Onlardan 933 nəfəri Azərbaycan, 393 nəfəri rus bölməsi üzrədir.

Qış imtahan sessiyası zamanı üzrlü və üzrsüz səbəblərdən imtahanda iştirak etməyən təhsilalanlara həmin fənlərdən imtahan vermək üçün şərait yaradılacaq.

Sessiyanın gedişinə operativ nəzarət, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə İmtahan Qərargahı və Apelyasiya Komissiyası yaradılıb. Komissiya sessiya müddətində imtahanların gedişi ilə əlaqədar ərizə, təklif və Elm və Təhsil Nazirliyinin "Qaynar xətt"i vasitəsilə daxil olmuş şikayətlərin araşdırılmasını təmin edəcək.

 

Xəbərlər

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
14/11/2026

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib
13/11/2026

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026