BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecində tədris ilinin ilk günü

29/09/2021

Bu gün Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə ənənəvi qaydada dərslərə başlanıb.

Bu il Kollecə 205 nəfər ümumi orta təhsil bazasından, 142 nəfər isə tam orta təhsil bazasından qəbul olub. Ümumi orta təhsil bazasından qəbul olan tələbələrin dərsləri birinci növbəyə, tam orta təhsil bazasından qəbul olanların dərsləri isə ikinci növbəyə salınıb. Kollecdə ümumi orta təhsil bazasında 8 ixtisas - Mühasibat uçotu, Bank işi, Maliyyə işi, Ailə və ev təhsili, Kargüzarlıq və arxiv işi, Məktəbəqədər təhsil, Kitabxana işi, Ətraf mühitin qorunması və təbii ehtiyatlardan səmərəli istifadə,  tam orta təhsil bazasında 6 ixtisas - Mühasibat uçotu, Bank işi, Maliyyə işi, Ailə və ev təhsili, Məktəbəqədər təhsil, Kitabxana işi üzrə qruplar mövcuddur. Yeni qəbul olan tələbələrlə ilk olaraq Kollecin akt zalında görüş keçirilib. Tələbələr görüşdə qruplarını, dərs cədvəllərini öyrəniblər. Onlara kollecin rəhbərliyi daxili nizam-intizam qaydaları haqqında məlumat verərək uğurlar arzulayıb.

Kollecdə dərs cədvəli ənənəvi qaydaya uyğun qurulub. 18 yaşdan yuxarı tələbələrin kollecə daxil olarkən COVID-19 pasportu yoxlanılır. Xüsusi karantin rejiminin tələbləri müəllim və tələbələrə bir daha izah edilir.

Xəbərlər

BDU-nun 7 tələbəsi Çinin Anhui Universitetində ikili diplom proqramı əsasında təhsil alacaq

BDU-nun 7 tələbəsi Çinin Anhui Universitetində ikili diplom proqramı əsasında təhsil alacaq
14/09/2026

Özbəkistanın ISFT İnstitutunun tələbələri payız semestrində BDU-da təhsil alacaqlar

Özbəkistanın ISFT İnstitutunun tələbələri payız semestrində BDU-da təhsil alacaqlar
14/09/2026

Prezident İlham Əliyev “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib

Prezident İlham Əliyev “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib
14/09/2026