BDU-nun nəzdində Tibb fakültəsinin yaradılmasnın 100-illik yubileyinə həsr olunmuş konfrans keçirilib

18/04/2019

Azərbaycanda Tibb Universitetinin ilkin maddi-texniki və professor-müəllim kontingenti bazasını təşkil edən Tibb fakültəsinin 100-illik yubileyinə həsr olunmuş “Təbabətin aktual problemləri-2019” beynəlxalq elmi-praktik konfrans keçirilib. Tədbir iştirakçıları əvvəlcə universitetin foyesində ümummilli lider Heydər Əliyevin büstünü ziyarət ediblər. Himn səsləndirildikdən sonra konfrans işinə start verib.

Konfransda açılış nitqi ilə çıxış edən Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakı Dövlət Universitetinin yaranmasının 100 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi haqqında Sərəncam imzalayıb: “Bu Sərəncamın müddəaları birbaşa həm də Azərbaycan Tibb Universiteti kollektivinə aiddir. Çünki 1919-cu il sentyabrın 1-də yaradılan Bakı Universitetinin nəzdində ilkin mərhələdə cəmi iki fakültə fəaliyyət göstərirdi. Onlardan biri “Tibb fakültəsi”, ikincisi isə “Tarix-filologiya” fakültəsi olub. Məhz Tibb fakültəsinin nəzdində 1930-cu ilin mayın 9-da Azərbaycan Dövlət Tibb İnstitutu yaradıldı. Ona görə də bu yubiley həmçinin Azərbaycan Tibb Universiteti kollektivinin də bayramıdır”. Rektor G.Gəraybəyli Bakı Universitetinin nəzdindəki Tibb fakültəsinin tarixi, burada dərs deyən ziyalı və alimlər, onların ölkədə tibb təhsilinin inkişafı naminə gördüyü işlər haqqında danışıb.

Qeyd edib ki, tibb fakültəsinin inkişafında Mustafa bəy Topçubaşov, Mirəsədulla Mirqasımov, Əziz Əliyev, Fuad Əfəndiyev, Kamil Balakişiyev, Məmmədəmin Əfəndiyev, İvan Şirokoqorov, Nadir Məmmədli, Ümnisə Musabəyli, Hüseyn Əliyev, Möhsün Qədirli, Sona xanım Vəlixan və digər məşhur Azərbaycan alimlərinin böyük xidmətləri olub. Rektor qeyd edib ki, Azərbaycan Tibb Universiteti və Bakı Dövlət Universiteti həmişə sıx tellərlə bir-birinə bağlı olublar: “Bu möhtəşəm birlik hazırda da müvəffəqiyyətlə davam edir. 11 il ərzində vətənə şərəflə xidmət edən Tibb fakültəsi Azərbaycan səhiyyəsinin, Azərbaycan tibb elmi və tibb təhsili sistemlərinin, bütövlükdə dövlətimizin və xalqımızın tükənməyən milli sərvətidir”. Çıxışının sonunda rektor G.Gəraybəyli bir daha yubiley münasibətilə hər kəsi təbrik edib və konfransın işinə uğurlar arzulayıb.

Sonra Tibb fakültəsinin 100 illik yubileyinə həsr olunmuş sənədli video-çarxı nümayiş etdirilib.

Konfransda Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev bu tarixi hadisə münasibətilə ATU kollektivini təbrik edib.

Türkiyənin Cərrahpaşa Universitetinin rektoru, Professor Doktor Aydın Nuri çıxışında Azərbaycan və Türkiyə arasında tibb təhsili sahəsindəki əlaqələrdən danışıb. Açılış nitqlərindən sonra ATU-nun tələbələrindən ibarət mahnı və rəqs kollektivlərinin çıxışı izlənilib.

Daha sonra konfransın işinə start verilib. İsrailin Gertner İnstitutundan Epidemiologiya və İctimai Sağlamlıq üzrə mütəxəssis professor Moşe Papa, ATU-nun Histologiya, embriologiya və sitologiya kafedrasının müdiri prof. Eldar Qasımov, Süa diaqnostikası və şüa terapiyası kafedrasının müdiri, dos. Məlahət Sultanova, Ümumi cərrahiyyə və anesteziologiya kafedrasının müdiri, t.e.d. Elçin Ağayev və digərlərini məruzələri dinlənilib. Fasilədən sonra konfrans işini 3 paralel sessiyada davam etdirib. Bu zaman “Sinir hüceyrələri eksperimental endotoksemiya şəraitində ultrastruktur xarakteristikası və morfometrik parametrlərinin SPSS Statistics kompüter proqramı vasitəsilə analizi”, “Koronar angioqrafiya: diaqnostik və proqnostik imkanlar”, “Qarın boşluğu orqanlarında innovasion texnologiyaların tətbiqi ilə icra edilən mürəkkəb laparoskopik əməliyyatlar” mövzusunda məruzələr dinlənilib, Ürək-ağciyər reanimasiyaları zamanı çətinliklər, koronar şuntlama əməliyyatlarında anesteziya kimi məsələlər ətrafında müzakirələr aparılıb. Konfransda Türkiyə, Rusiya, İsraildən qonaqlar iştirak ediblər.


Mətbuat və informasiya şöbəsi, 18 aprel 2019-cu il.

http://www.amu.edu.az/az/news/2309

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024