BDU-nun nəzdində Tətbiqi Riyaziyyat ETİ-də dissertasiya işinin ilkin müzakirəsi keçirilib

30/06/2021

Bakı Dövlət Universitetinin nəzdində Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun Kompüter texnologiyaları və riyazi modelləşdirmə şöbəsinin dissertantı Atif Namazovun “Dinamik sistemlər və optimal idarəetmə” ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi alması üçün “Diskret qeyri-xətti dinamik sistemlərə daxil olan parametrlərin təyini üçün proqram təminatının işlənməsi və tətbiqləri” mövzusunda təqdim etdiyi dissertasiya işinin ilkin müzakirəsi keçirilib.

Təqdim olunan dissertasiya işinin mövzusu neftçıxarma sənayesinə aid qaz-lift prosesinə həsr olduğuna görə, hazırlanan alqoritmlər qaz-lift üsulu ilə işləyən real bir neçə neft quyusu üzərində realizasiya edilib. Diskret dinamik sistemlərdə, neftçıxarmada ilk dəfə olaraq kəsr tərtib törəməli diferensial tənliklər vasitəsi ilə hidravlik müqavimət əmsalı təyin edilib. Dissertasiya işinin praktiki dəyəri, verilmiş alqoritmlər əsasında riyazi proqramlar müvafiq praktiki məsələnin həlli üçün kompüterdə hesablamalar aparılıb və bu üsulun üstünlükləri məlum modellərlə müqayisədə təsdiqlənib.

Xəbərlər

BDU Azıx mağarasında aparılan beynəlxalq arxeoloji tədqiqatlara qoşulub

BDU Azıx mağarasında aparılan beynəlxalq arxeoloji tədqiqatlara qoşulub
27/08/2026

BDU-nun həmtəşkilatçılığı ilə keçirilən “GeoCamp” Tələbə yay düşərgəsi təlim və sessiyalarla davam edir

BDU-nun həmtəşkilatçılığı ilə keçirilən “GeoCamp” Tələbə yay düşərgəsi təlim və sessiyalarla davam edir
27/08/2026

“GeoCamp” Tələbə yay düşərgəsində gecə müşahidəsi və “Kvest” oyunu keçirilib

“GeoCamp” Tələbə yay düşərgəsində gecə müşahidəsi və “Kvest” oyunu keçirilib
27/08/2026