BDU-nun Nəzəri fizika kafedrasının laborantı Sevinc Rəhimova vəfat edib

23/01/2025

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Nəzəri fizika kafedrasının laborantı Sevinc Rəhimova vəfat edib.

Sevinc Rəhimova 1976-cı ildə Bakı şəhərində anadan olub. 1983-1993-cü illərdə Bakı şəhəri 151 nömrəli tam orta məktəbdə, 1993-1997-ci illərdə BDU-nun Fizika fakültəsində bakalavr, 1997-1999-ci illərdə magistr dərəcəsi üzrə təhsil alıb. 2003-2007-ci illərdə BDU-nun Nəzəri fizika kafedrasının qiyabi aspirantı olub. 2001-ci ildən Nəzəri fizika kafedrasının laborantı vəzifəsində çalışıb.

O, 5 elmi məqalənin müəllifi olub. Tədqiqat sahəsi lepton-nuklon qarşılıqlı təsirlərində polyarizə olunmuş lyambda hiperonların yarıminklüziv alınması idi.

BDU rəhbərliyi və kollektivi laborant Sevinc Rəhimovanın vəfatından kədərləndiyini bildirir, ailəsinə dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

Xəbərlər

BDU Özbəkistanın Namangan Dövlət Texniki Universiteti ilə əməkdaşlığa başlayır

BDU Özbəkistanın Namangan Dövlət Texniki Universiteti ilə əməkdaşlığa başlayır
29/10/2026

BDU-nun professoru Adilə Abbasova vəfat edib

BDU-nun professoru Adilə Abbasova vəfat edib
29/10/2026

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin müəllimləri beynəlxalq uğur qazanıblar

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin müəllimləri beynəlxalq uğur qazanıblar
29/10/2026