BDU-nun Apellyasiya Komissiyası fəaliyyətini onlayn davam etdirir

17/06/2020

Bakı Dövlət Universitetində iyunun 8-dən başlayan yaz imtahan sessiyasının imtahanları onlayn qaydada şifahi formada uğurla davam edir.
Universitet rektorluğu, dekanlar, kafedra müdirləri imtahan prosesinə nəzarət məqsədilə imtahanlarda iştirak edir.
Sevindirici haldır ki, bu günə qədər onlayn formada keçirilən imtahanlarda iştirak edən tələbələrin hamısı müvəffəq qiymət alıblar.
Tələbə müraciətlərinin operativ araşdırılması, imtahan nəticələrinin yenidən yoxlanılması və qiymətləndirilməsi məqsədilə universitetin Apellyasiya Komissiyası virtual fəaliyyət göstərir.
Apellyasiya Komissiyasına müraciət etmək istəyən tələbələr imtahanqarargahi@bsu.edu.az elektron poçt ünvanı və yaxud (+99477) 3046543 nömrəli qaynar xətt vasitəsilə əlaqə saxlaya  bilərlər.

Xəbərlər

Müstəqilliyimizin əbədi rəmzi

Müstəqilliyimizin əbədi rəmzi
09/11/2026

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026