BDU-nun professoru barədə biobiblioqrafik göstərici çap olunub

15/11/2018

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin dekanı, görkəmli alim, professorMəhəmmədəli Ramazanov barədə “Məhəmmədəli Əhməd oğlu Ramazanov – 60. Biobiblioqrafik göstərici” adlı kitab çap olunub. Kitabın elmi redaktoru və məsləhətçisi akademik Arif Həşimov, tərtibçi redaktoru Kəmalə Məmmədovadır.

Professor M.Ramazanovun həyatı, elmi-pedaqoji və təşkilati fəaliyyətinin əks olunduğu kitab “Məhəmmədəli Əhməd oğlu Ramazanovun həyatı, elmi-pedaqoji və təşkilati fəaliyyəti haqqında qısa oçerk”; “Məhəmmədəli Əhməd oğlu Ramazanovun həyatı, elmi-pedaqoji və təşkilati fəaliyyətinin əsas tarixləri”; “Görkəmli dövlət, elm və mədəniyyət xadimləri Məhəmmədəli Əhməd oğlu Ramazanov haqqında”; “Elmi əsərlərinin biblioqrafiyası” və “Məhəmmədəli Əhməd oğlu Ramazanovun elmi, elmi-pedaqoji və təşkilati fəaliyyəti elektron kütləvi informasiya vasitələrində” adlı dörd bölmədən ibarətdir.

Biobiblioqrafik göstərici fizika və kimyanın müxtəlif sahələri üzrə elmi tədqiqat işi aparan alimlər, ali məktəb müəllimləri və tələbələr, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Qeyd edək ki, “Nurlar” nəşriyyatında çap olunan kitaba professor Rəna Qasımova və f.ü.e.d. Aybəniz Əliyeva-Kəngərli rəy veriblər.

Mətbuat və informasiya şöbəsi, 15 noyabr 2018-ci il.


Xəbərlər

Həmrəylik, xeyirxahlıq, humanizm bayramı

Həmrəylik, xeyirxahlıq, humanizm bayramı
27/05/2026

XİN-in təşkilatçılığı, BDU və Qoşulmama Hərəkatı Gənclər Təşkilatının əməkdaşlığı ilə “Afrika Günü”nə həsr olunmuş konfrans keçirilib

XİN-in təşkilatçılığı, BDU və Qoşulmama Hərəkatı Gənclər Təşkilatının əməkdaşlığı ilə “Afrika Günü”nə həsr olunmuş konfrans keçirilib
26/05/2026

BDU-nun II kurs tələbələrinin nəzərinə!

BDU-nun II kurs tələbələrinin nəzərinə!
26/05/2026