BDU-nun professoru beynəlxalq konfransda iştirak edib

30/08/2020

Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun baş elmi işçisi, AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyev Rusiyanın Rostov vilayətində təşkil olunmuş və 24-25 avqust 2020-ci il tarixlərində keçirilən "Operatorlar nəzəriyyəsi və harmonik analiz - OTHA 2020" adlı virtual Beynəlxalq elmi konfransda iştirak edib.

Alim konfransın plenar iclasında “Characterizations of generalized fractional maximal and integral operators in Orlicz and generalized Orlicz-Morrey spaces on Carnot groups” ("Karnot qruplarında Orliç və ümumiləşmiş Orliç-Morri fəzalarında ümumiləşmiş kəsr maksimal və inteqral operatorların xarakteristikası") mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Karnot qruplarında Orliç fəzalarında ümumiləşmiş kəsr maksimal və inteqral operatorların güclü və zəif məhdudluğu üçün meyar alınıb. Həmçinin ümumiləşmiş Orliç-Morri fəzalarında ümumiləşmiş kəsr maksimal və inteqral operatorların Spanne və Adams tipli məhdudluğunun xarakteristikası verilib.

Çıxış konfransın “Operator Theory & Harmonic Analysis” youtube kanalında yerləşdirilib.

Ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz:

https://www.youtube.com/watch?v=Xm_T7NSIK5s


Xəbərlər

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi
20/09/2026

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür
20/09/2026

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva
19/09/2026