BDU-nun professoru beynəlxalq konfransda iştirak edib

09/07/2019

Bakı Dövlət Universitetinin Cəbr və həndəsə kafedrasının müdiri, professor Arif Səlimov Türkiyənin Erzincan şəhərində keçirilən “17th İnternational Geometry Symposium” adlı konfransda iştirak edib. Müxtəlif ölkələrdən 200-ə yaxın həndəsə alimlərinin iştirak etdiyi tədbirdə “Holomorphic manifolds over algebras and their applications” mövsuzunda məruzə ilə çıxış edən Arif Səlimov, eyni, zamanda, konfransın Elm Komitəsinin üzvü seçilib. Professor Arif Səlimov məruzəsində differensial-həndəsi obyektlərin lift problemlərinə cəbrlər üzərində qurulmuş çoxobrazlıların vasitəsilə yeni yaxınlaşma metodundan bəhs edib.  Məruzə üzrə diskussiyalarda rumıniyalı professor C.-L.Bejan, türkiyəli professor H.Hacısalihoğlu və başqaları iştirak edib, gələcəkdə bu istiqamətdə ortaq işbirliyi təklif ediblər.  Dr. Furkan Yıldırım məruzənin mövzusu ilə əlaqəli hazırlayacağı "TÜBİTAK 1001" layihəsinə Arif Səlimovu xarici elmi məsləhətçi kimi dəvət edib.

Qeyd edək ki, məruzənin bir hissəsi A.Səlimovun “Clarivate Analytics” bazasına daxil olan “Chin. Ann. Math. Ser. B” və “Mediterr. J. Math." jurnallarında 2019-cu ildə çap olunmuş məqalələri əsasında hazırlanıb.

 

Mətbuat və informasiya şöbəsi, 09 iyul 2019-cu il.

KİV-də yayımlananlar

Xəbərlər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür
12/11/2026

BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub
12/11/2026