BDU-nun professoru beynəlxalq vebinarda çıxış edib
16/04/2021
Bakı Dövlət Universitetinin Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin direktoru, professor Mais Süleymanov Pakistan İslam Respublikasının Ghazi Universitetində keçirilən beynəlxalq vebinarda iştirak edib.
“Kainatın müasir fiziki təsviri” mövzusunda təşkil edilən vebinarda kainatın fiziki təsvirinin verilməsinə yönəlmiş əsas fiziki ideyalar və nəzəriyyələr müzakirə edilib. M.Süleymanov kainatın nədən təşkil olunması və kainatı bütöv saxlayan səbəblər haqqında müasir fiziki təsvirlər barəsində çıxış edib.
Pakistanlı alim, professor Fəridə Tahir neytrinonun kainatdakı yeri haqqında ətraflı məlumat verib.
Vebinarda standart modelin kainatin fiziki təsvirini verən ən düzgün və ən sadə nəzəriyyə olduğu qeyd olunub.

Xəbərlər
BDU-da “Cənubi Qafqazda yeni geosiyasi reallıqlar: Azərbaycanın strateji tərəfdaşlıqları və regional sülh gündəliyi” mövzusunda dəyirmi masa
BDU-da “Cənubi Qafqazda yeni geosiyasi reallıqlar: Azərbaycanın strateji tərəfdaşlıqları və regional sülh gündəliyi” mövzusunda dəyirmi masa
BDU-da “Təhsilə doğru motivasiya” adlı təlim keçirilib
BDU-da “Təhsilə doğru motivasiya” adlı təlim keçirilib
BDU-da təlim: ““LinkedIn” profilinin hazırlanması”
BDU-da təlim: ““LinkedIn” profilinin hazırlanması”
