BDU-nun professoru Birinci Avrasiya Qadınlar Formunda iştirak edib

02/10/2015

Bakı Dövlət Universitetinin Qafqaz xalqları tarixi kafedrasının müdiri, tarix elmləri doktoru,  professor, Əməkdar müəllim, elm, təhsil və innovasiyaların inkişafında xidmətlərinə görə beynəlxalq Sokrat mükafatı  laureatı İradə Hüseynova Sankt-Peterburq şəhərində Parlamentlərarası Assambleyası Şurasının və MDB-yə üzv dövlətlərin qərarı ilə keçirilən Birinci Avrasiya Qadınlar Formunda iştirak edib. “Sülhə, harmoniya, sosial rifaha doğru” devizi altında keçirilən və dünyanın 80 ölkəsinin nüfuzlu, rəsmi dövlət nümayəndələrinin iştirak etdiyi forumun açılışında  Rusiya Federasiyasının prezidenti Vladimir Putinin müraciəti oxunub. Forumda MDB-yə üzv dövlətlərin Parlamentlərarası Assambleyası Şurasının sədri, Rusiya Federasiyasının Federal Məclisinin federal şurasının sədri Matvienko Valentina İvanovna geniş məruzə ilə çıxış edib.

Forum bir neçə bölmədə fəaliyyət göstərib. Professor İradə Hüseynova “Qadın və hakimiyyət” seksiyasında “Qadınların Azərbaycan Respublikasının ictimai-siyasi, sosial-iqtisadi həyatında rolu və yeri” adlı geniş məruzə ilə çıxış edib. Onun çıxışı auditoriya tərəfindən böyük maraqla qarşılanıb. Birinci Avrasiya Qadınlar Forumunun sonunda yekun sənəd qəbul edilib.

Mətbuat və informasiya şöbəsi, 02 oktyabr 2015-ci il.

Xəbərlər

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinə müsabiqədənkənar qəbul olunmaq istəyən şagirdlərin nəzərinə!

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinə müsabiqədənkənar qəbul olunmaq istəyən şagirdlərin nəzərinə!
17/08/2026

BDU-nun Astrofizika kafedrası: “Avqustun 28-də ilin ikinci Ay tutulması olacaq”

BDU-nun Astrofizika kafedrası: “Avqustun 28-də ilin ikinci Ay tutulması olacaq”
17/08/2026

BDU-da Abituriyent Məlumat Mərkəzi uğurla fəaliyyət göstərir

BDU-da Abituriyent Məlumat Mərkəzi uğurla fəaliyyət göstərir
14/08/2026