BDU-nun professoru Humboldt Universitetində mühazirə oxuyub

19/02/2020

Bakı Dövlət Universitetinin  (BDU) Tarix fakültəsinin professoru Lalə Əliyeva Berlin Humboldt Universitetində Azərbaycan tarixi üzrə mühazirələr oxuyub və seminarlar keçirib.  Lalə Əliyeva iki həftə ərzində Humboldt Universitetinin tələbə və doktorantları üçün Azərbaycan tarixi üzrə  “Orta əsrlər dövründə Azərbaycanda islam dini, miqrasiya və etnik identifikasiyanın transferi”, “Müstəmləkə və müstəqillik dövrlərində Azərbaycanda din, təhsil və milli özünüdərk məsələləri. Azərbaycanda milli özünüdərkin formalaşması və inkişafının başlıca mərhələləri”, “Azərbaycanda qadın-kişi bərabərliyi, gender məsələsi və din: tarixi retrospektivlik və müasirlik”, “Milli özünüidentifikasiya - azərbaycanlılar üçün ən vacib olan nədir: din, etnik mənsubiyyət, yoxsa yurda bağlılıq hissi?” mövzularında təqdimatla çıxış edib.

Azərbaycanlı alimin müasir dünya elmi nəzəriyyə və metodologiyalarına söykənən mühazirələri Humboldt Universitetində böyük marağa səbəb olub. 
Qeyd edək ki, professor Lalə Əliyeva Humboldt Universitetində fəaliyyət göstərən Azərbaycan tarixi kafedrası tərəfindən tədris prosesinə qatılmaq üçün dəvət olunub.

Xəbərlər

BDU-nun həmtəşkilatçılığı ilə Arxeoloji Yay Məktəbi başa çatıb

BDU-nun həmtəşkilatçılığı ilə Arxeoloji Yay Məktəbi başa çatıb
12/08/2026

Xaricdə təhsil üzrə Dövlət Proqramının qalibi olan BDU məzunlarının bir qrupu ilə görüş

Xaricdə təhsil üzrə Dövlət Proqramının qalibi olan BDU məzunlarının bir qrupu ilə görüş
12/08/2026

BDU-da bakalavriat səviyyəsi üzrə məzunların elektron diplomlarının “mygov” platformasına inteqrasiya prosesi tam başa çatıb

BDU-da bakalavriat səviyyəsi üzrə məzunların elektron diplomlarının “mygov” platformasına inteqrasiya prosesi tam başa çatıb
11/08/2026