BDU-nun professoru Neron Babaxanov vəfat edib

04/01/2023

Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin İqtisadi və sosial coğrafiya kafedrasının müəllimi, coğrafiya elmləri doktoru, professor Neron Babaxanov 84 yaşında vəfat edib.

Neron Babaxanov 1939-cu ildə Qazax rayonunda anadan olub. 1957-1962-ci illərdə BDU-nun Coğrafiya fakültəsində təhsil alıb. 1964-cü ildə BDU-nun, daha sonra Moskva Dövlət Universitetinin aspiranturasına daxil olub. 1970-ci ildə Sovet coğrafiyaçısı N.Y.Kovalskayanın rəhbərliyi ilə "Mil-Muğan düzlərinin mənimsənilməsinin coğrafi problemləri" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək, elmlər namizədi elmi dərəcəsi alıb. 1983-1986-cı illərdə Moskva Dövlət Universitetinin əyani doktoru olub. 1986-cı ildə Leninqrad Dövlət Universitetində iqtisadi coğrafiya sahəsində SSRİ-də ilk dəfə "Təbii fəlakətlərin iqtisadi-coğrafi cəhətdən öyrənilməsinin elmi əsasları" (Azərbaycan timsalında) mövzusunda sosial və iqtisadi coğrafiya, ətraf mühiti mühafizə və təbii sərvətlərdən səmərəli istifadə ixtisasları üzrə doktorluq dissertasiyası müdafiə edib. Dissertasiya işi SSRİ Ali Attestasiya Komissiyasının qərarı ilə həmin ilin görkəmli işi kimi qeydiyyata alınıb.

Neron Babaxanov 1966-1989-cu illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda və Leninqrad Maliyyə İqtisad İnstitutunun Bakı filialında müxtəlif vəzifələrdə çalışıb. 1989-cu ildə BDU-nun SSRİ-nin iqtisadi coğrafiyası kafedrasının müdiri seçilib. 1989-1991-ci illərdə Azərbaycan SSR xalq təhsili nazirinin müavini vəzifəsində çalışıb. 1991-1992-ci illərdə BDU-da İqtisadi məsələlər üzrə prorektor işləyib. 1992-ci ildən Bakı Dövlət Universitetinin İqtisadi və sosial coğrafiya kafedrasının professoru idi.

Allah rəhmət eləsin!

Xəbərlər

BDU-nun əcnəbi tələbələri dekolonizasiya prosesində gənclərin şəhərsalmada roluna dair beynəlxalq konfransda

BDU-nun əcnəbi tələbələri dekolonizasiya prosesində gənclərin şəhərsalmada roluna dair beynəlxalq konfransda
22/05/2026

BDU QS və İngiltərənin Ekseter Universitetinin birgə təşəbbüsü olan “Future17” layihəsinə qoşulub

BDU QS və İngiltərənin Ekseter Universitetinin birgə təşəbbüsü olan “Future17” layihəsinə qoşulub
22/05/2026

BDU tələbələri arasında məqalə müsabiqəsi: “Professor Nəsir İmanquliyev dərsləri”

BDU tələbələri arasında məqalə müsabiqəsi: “Professor Nəsir İmanquliyev dərsləri”
22/05/2026