BDU-nun professoru Nisbət Mehdiyeva Beynəlxalq konfranslarda iştirak edib

08/12/2021

Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Türk xalqlarının tarixi kafedrasının professoru Nisbət Mehdiyeva 5-6 fevral 2021-ci il tarixində Özbəkistan Dövlət Şərqşünaslıq Universitetində Əlişir Nəvainin anadan olmasının 580 illiyinə həsr olunmuş konfransında iştirak edib. Konfransda “Əlişir Nəvai özbək-Azərbaycan ədəbiyyatının qarşılıqlı təsir kontekstində” adlı məruzə ilə çıxış edən N.Mehdiyeva Özbək ədəbiyyatının böyük siması, söz mülkünün sultanı, dövlət xadimi dahi Nəvainin xidmətlərindən danışaraq, onun yaşadığı Herat şəhərini dövrün ən böyük mədəniyyət mərkəzinə çevirdiyini qeyd edib. Vurğulayıb ki, Nəvai yalnız elm və sənət ardınca deyil, ölkənin mədəni hala gəlməsində, sənətkarlığın və iqtisadiyyatının inkişafında böyük xidmətləri olub.

Professor Nisbət Mehdiyeva həmçinin 29 oktyabr 2021-ci il tarixində keçirilmiş Qazaxıstanın müstəqilliyinin 30 illiyinə həsr olunmuş L.N.Qumilyov adına Avrasiya Milli Universitetində keçirilən XVIII Beynəlxalq Avrasiya elmi konfransında iştirak edib. Həmin konfransda N. Mehdiyeva “Müstəqilliyə gedən yol: Alma-Ata hadisələri” mövzusunda məruzə ilə çıxış edib.

N.Mehdiyeva konfransın Təşkilat Komitəsi tərəfindən sertifikata layiq görülüb.

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”
04/09/2026

BDU-nun əməkdaşı və TGT sədri Antalyada “Gənclərin Dəyişimi Proqramı”nda

BDU-nun əməkdaşı və TGT sədri Antalyada “Gənclərin Dəyişimi Proqramı”nda
04/09/2026

BDU məzunu olan Dövlət Proqramı təqaüdçüsü: "Böyük arzular kiçik addımlardan başlayır"

BDU məzunu olan Dövlət Proqramı təqaüdçüsü: "Böyük arzular kiçik addımlardan başlayır"
04/09/2026