BDU-nun professoru Nəsiman Yaqublunun yeni kitablarının təqdimatı keçirilib

27/12/2021

Bakı Dövlət Universitetin Jurnalistika fakültəsində Milli mətbuat tarixi kafedrasının professoru, tarix üzrə elmlər doktoru Nəsiman Yaqublunun yeni kitablarının təqdimatı keçirilib.
Tədbiri giriş sözü ilə açan fakültənin elmi işlər üzrə dekan müavini Sevinc Əliyeva müəllifin yeni nəşr olunmuş “Məhəmməd Əmin Rəsulzadə. Azərbaycan şairi Nizami”, “Məhəmməd Əmin Rəsulzadə. Əsərləri (mühacirət dövrü)" (2-ci cild),  “Polyakların Azərbaycanda fəaliyyəti”, “Bakının qurtuluşu. Qafqaz İslam ordusu” kitabları barədə auditoriyaya məlumat verib.
Professor Nəsiman Yaqublu təqdimatın həm də bir növ elmi hesabat xarakteri daşıdığını bildirib. Müəllif kitabların necə ərsəyə gəlməsi, kitablarda nədən bəhs olunduğu haqqında tədbir iştirakçılarına məlumat verib. Ölkəmizdə 2021-ci ilin Nizami Gəncəvi ili elan edildiyi bir dövrdə “Məhəmməd Əmin Rəsulzadə. Azərbaycan şairi Nizami” kitabının xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb. O, böyük şair barəsində indiyədək yol verilmiş nöqsanları da faktlarla auditoriyanın diqqətinə çatdırıb.
Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Samir Mirzəyev çıxış edərək müəllifi təbrik edib, onun mətbuat tariximizin araşdırılmasında, xüsusən də M.Ə.Rəsulzadənin mühacirət irsinin tədqiqi istiqamətində gördüyü işləri yüksək dəyərləndirib.
Milli mətbuat tarixi kafedrasının dosentləri - Aygün Əzimova, Qərənfil Quliyeva tədbirin əhəmiyyətindən bəhs edərək, sözügedən kitabların həm bu gün, həm də gələcək üçün böyük mənəvi xəzinə olduğunu ifadə ediblər.
Sonda fakültənin dekanı Vüqar Əliyev kitabın bir abidə olduğunu vurğulayıb. Belə kitabların həm maarifçilik işinə, həm də yeni nəslin inkişafına mühüm töhfələr verəcəyinə əmin olduğunu qeyd edib. O, müəllifə təşəkkürünü bildirərək bundan sonrakı fəaliyyətində də uğurlar arzulayıb.


Xəbərlər

BDU Tərtərdəki bir sıra ümumtəhsil müəssisələrinin kitabxanalarına kitablar hədiyyə edib

BDU Tərtərdəki bir sıra ümumtəhsil müəssisələrinin kitabxanalarına kitablar hədiyyə edib
14/02/2026

“Gənc istedadlar” liseyinin şagirdlərinin BDU-nun elmi-tədqiqat və sosial mühiti ilə tanışlığı uğurla yekunlaşıb

“Gənc istedadlar” liseyinin şagirdlərinin BDU-nun elmi-tədqiqat və sosial mühiti ilə tanışlığı uğurla yekunlaşıb
13/02/2026

Müdafiə Sənayesi Nazirliyi və BDU arasında universitet-sənaye tərəfdaşlığı müzakirə edilib

Müdafiə Sənayesi Nazirliyi və BDU arasında universitet-sənaye tərəfdaşlığı müzakirə edilib
13/02/2026