BDU-nun professoru Polşada konfransda çıxış edib

07/12/2018

Bakı Dövlət Universitetinin Mətbuat tarixi kafedrasının müəllimi, tarix elmləri doktoru, professor Nəsiman Yaqublu Polşanın paytaxtı Varşava şəhərində Milli Yaddaş İnstitutunun təşkilatçılığı ilə keçirilən tədbirdə iştirak edib.
Professor Sovet dövründə təqiblərə məruz qalmış polyaklara həsr olunan konfransda “Azərbaycanda yaşamış polyakların sovet dövründə təqibi” mövzusunda məruzə edib. Alimin çıxışı maraqla dinlənilib və  Milli Yaddaş İnstitutunun rəhbərliyi tərəfindən onun polyaklarla bağlı araşdırmalarının polyak dilində nəşr edilməsi barədə razılıq əldə olunub.
Qeyd edək ki, Polşanın dövlət rəsmilərinin, ukraynalı alimlərin və media təmsilçilərinin iştirak etdiyi tədbir çərçivəsində sərgi və filmin nümayişi olub.
Mətbuat və informasiya şöbəsi, 07 dekabr 2018-ci il.

Xəbərlər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib
13/11/2026

BDU tələbələri Pekin Kimya Texnologiyası Universitetində keçirilən mədəniyyət festivalında Azərbaycanı təmsil ediblər

BDU tələbələri Pekin Kimya Texnologiyası Universitetində keçirilən mədəniyyət festivalında Azərbaycanı təmsil ediblər
13/11/2026