BDU-nun professoru Rusiyada II Avrasiya Qadınlar Forumunda çıxış edib

08/10/2018

Rusiya Federasiyasının Federal yığıncağının Federasiya Şurasının və MDB dövlətlərinin Parlamentlərarası Assambleyasının təşkilatçılığı ilə II Avrasiya Qadınlar Forumu keçirilib. 110 dövlət, o cümlədən nüfuzlu aparıcı təşkilatların (UNESCO, BRİKS, UNİDO və s.) nümayəndələrinin təmsil olunduğu forumda Azərbaycan nümayəndə heyətinin tərkibində Bakı Dövlət Universitetinin Qafqaz xalqları tarixi kafedrasının müdiri, professor İradə Hüseynova iştirak edib. Sankt-Peterburq şəhərinin mədəni-tarixi mərkəzində - Tavrida sarayının Duma zalında təşkil olunan tədbirin plenar iclasını Rusiya Federasiyasının Federal yığıncağının Federasiya Şurasının sədri Valentina Matvienko giriş sözü ilə açıb.

Sonra çıxış edən Rusiya Federasiyasının prezidenti Vladimir Putin  müasir dünyada qadınların müxtəlif sahələrdə fəal iştirak etdiklərini, sülhün, təhlükəsizliyin möhkəmlənməsində getdikcə daha əhəmiyyətli rol oynadıqlarını, həmçinin vacib sosial-iqtisadi, humanitar məsələlərin həllində fəaliyyətlərinin təqdirəlayiq olduğunu vurğulayıb.

Professor İradə Hüseynova “Azərbaycan Respublikasının timsalında qadının qlobal təhlükəsizliyin təminatında və davamlı inkişafında rolu” mövzusunda çıxış edib. O, Azərbaycan Respublikasında milliyyətindən, dinindən asılı olmayaraq gender bərabərliyinin qorunub saxlanmasının dövlətin prioritet məqsədlərindən biri olmasından, həmçinin Şərqdə ilk dəfə Azərbaycan Demokratik Respublikasının qadın hüquqlarını tanımasının və qadınlara seçkidə iştirak etmək hüququ verməsinin tarixi əhəmiyyətindən bəhs edib. Professor İ.Hüseynova Azərbaycanda gender siyasətinin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmasından, Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsindən bəhs edib. O, Birinci vitse-prezident Mehriban Əliyevanın həyata keçirdiyi nəcib xidmətlərini dünya qadınlarına bariz nümunə kimi göstərib, ölkədə qadınların potensialından istifadə edilməsi üçün geniş imkanların yaradıldığını söyləyib. Qadınların cəmiyyətdə fəal iştiraklarına görə Azərbaycanın beynəlxalq aləmdə - 187 xarici dövlətlər sırasında 87-ci yerdə qərarlaşmasını Azərbaycanda qadın siyasətinin uğurla həyata keçirilməsinin göstəricisi kimi dəyərləndirib.

Forum çərçivəsində “Qlobal təhlükəsizlik və davamlı inkişaf”, “Qlobal dünyanın davamlı inkişafında qadınlar”, “Sosial tərəqqidə qadınlar”,  “İqtisadi inkişafın balanslaşdırılmasında qadınlar”, “Qlobal strateji sağlamlığın inkişafında qadınlar”, “Qlobal platformada qadınların sahibkarlıq fəaliyyətinin təşviqatı”; “Müasir qlobal çağırışlarda alim qadınların rolu”, “Bazar iqtisadiyyatında anaların fəaliyyətinin dəstəklənməsi”, “İqlim dəyişikliyi probleminin həllində qadınların rolu”, “Qadınların adət-ənənə və novatorluq mədəniyyətində mövqeyi”, “Qlobal təşəbbüslərdə qadın maraqlarının təmin olunması” və s. mövzularda müzakirələr keçirilib.

Forumun sonunda sədr Valentina Matviyenkonun rəhbərliyi ilə Forum iştirakçıları tərəfindən yekun sənəd qəbul edilib.

Mətbuat və informasiya şöbəsi, 08 oktyabr 2018-ci il.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024