BDU-nun professoru Sabit Məmmədov vəfat edib

09/08/2026

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin Fiziki və kolloid kimya kafedrasının professoru Sabit Məmmədov vəfat edib.

Sabit Məmmədov 1951-ci ildə Qazax rayonunda anadan olub. 1968-ci ildə Qazax rayonunun 3 №-li tam orta məktəbini bitirib.

1973-cü ildə BDU-nun Kimya fakültəsini bitirib. 1981-ci ildə “n-pentan və n-heksanın quruluş izomerləşməsi reaksiyası üçün bimetalseolit katalizatorların sintezi və onların tədqiqi” mövzusunda dissertasiya işini müdafiə edərək kimya elmləri namizədi, 1996-cı ildə “Bi və polimetalseolit katalizatorların sintezi, xassələri və karbohidrogenlərin çevrilməsində tədqiqi” mövzusunda dissertasiya işini müdafiə edərək isə kimya elmləri doktoru elmi dərəcəsini alıb. 2003-cü ildən professor idi.

O, 1973-1975-ci illərdə Zaqatala şəhərində orta məktəbdə kimya müəllimi, 1978-1981-ci illərdə Akademik Y. H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda kiçik elmi işçi, 1981-1990-cı illərdə BDU-da Elmi-tədqiqat hissəsində baş elmi işçi, 1990-1998-ci illərdə Kimya fakültəsinin Neft kimyası və kimya texnologiyası kafedrasında müəllim, 1998-2008-ci illərdə həmin kafedrada professor, 2008-ci ildən isə Fiziki və kolloid kimya kafedrasının professoru idi.

Sabit Məmmədov 2009-ci ildə “Tərəqqi” medalı, 2019-cu ildə “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub. Onun tədqiqat sahəsi nadir torpaq və keçid metalların nanohissəcikli yüksək silisiumlu ZSM seolitlər əsasında bi- və polimetalik katalizatorların modifikasiyası və hazırlanmasının elmi əsaslarının işlənməsi və n-parafinlər, alkilaromatik karbohidrogenlər, qaz kondensatı, düz distillə benzin fraksiyalarının, metanolun, etanolun, izopropanolun izomerləşmə, alkilləşmə, disproporsionlaşma, aromatikləşmə və zənginləşdirilmə prosesləri üçün yüksək seçiciliyə malik katalizatorların işlənməsi idi. Professor 11 kitabın, 14 patent, 40-dan çox elmi məqalə, metodik göstəriş və proqramın müəllifi olub.

BDU rəhbərliyi və kollektivi professor Sabit Məmmədovun vəfatından kədərləndiyini bildirir, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

Xəbərlər

BDU-nun professoru Sabit Məmmədov vəfat edib

BDU-nun professoru Sabit Məmmədov vəfat edib
09/08/2026

BDU-nun həmtəşkilatçılığı ilə Arxeoloji Yay Məktəbi davam edir

BDU-nun həmtəşkilatçılığı ilə Arxeoloji Yay Məktəbi davam edir
07/08/2026

BDU-da yeni ixtisas: “Regionşünaslıq (Afrika üzrə)”

BDU-da yeni ixtisas: “Regionşünaslıq (Afrika üzrə)”
06/08/2026