BDU-nun professoru Əsədulla Qurbanov vəfat edib

18/03/2024

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin Ərəb filologiyası kafedrasının nəzdində fəaliyyət göstərən İslamşünaslıq elmi-tədqiqat mərkəzinin direktoru, professor Əsədulla Qurbanov vəfat edib.

Əsədulla Qurbanov 1936-cı ildə Balakən rayonunun Katex kəndində anadan olub. 1954-cü ildə Katex kənd orta məktəbini bitirib. 1961-ci ildə BDU-nun Şərqşünaslıq fakultəsinə daxil olub.

O, 1976-cı ildə fəlsəfə elmləri namizədi, 1978-ci ildə dosent, 1992-ci ildə fəlsəfə elmləri doktoru, 2002-ci ildə professor elmi adlarını qazanıb.

Görkəmli alim, tanınmış ictimai-siyasi xadim Əsədulla Qurbanovun tədqiqat sahəsi Azərbaycanda islamşünaslığın konsepsiyası olub.

O, 1957-1973-cü illərdə Azərbaycan SSR Mədəniyyət Nazirliyində məsul əməkdaş işləyib. 1973–1978-ci illərdə  Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda elmi işçi, 1978-1984-cü illərdə isə Azərbaycan Dövlət və İncəsənət Universitetində dosent işləyib. 1984-cü ildən indiyədək BDU-da əvvəlcə dosent, sonra isə professor vəzifələrində çalışıb. 5 monoqrafiya, 10 kitabın müəllifi idi. Onun rəhbərliyi ilə 10 elmlər namizədi, 3 elmlər doktoru yetişib.

Əsədulla Qurbanov “91-lər”in tanınmış nümayəndələrindən idi.

Allah rəhmət eləsin!

Xəbərlər

Sentyabrın 25-də BDU-da ilk dərslər Anım Gününə həsr olunub

Sentyabrın 25-də BDU-da ilk dərslər Anım Gününə həsr olunub
25/09/2026

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə ilkin görüş keçirilib

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə ilkin görüş keçirilib
24/09/2026

BDU Özbəkistanın Ədliyyə Nazirliyi yanında Hüquqşünasların Yenidən Hazırlanması və İxtisasartırma İnstitutu ilə anlaşma memorandumu imzalayıb

BDU Özbəkistanın Ədliyyə Nazirliyi yanında Hüquqşünasların Yenidən Hazırlanması və İxtisasartırma İnstitutu ilə anlaşma memorandumu imzalayıb
24/09/2026