BDU-nun professoru Türkiyədə mühazirə oxuyub

29/03/2018

Bakı Dövlət Universitetinin Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının müdiri, fəlsəfə elmləri doktoru, professor Rəbiyyət Aslanova  ERASMUS Mübadilə Proqramı çərçivəsində  Türkiyənin Sivas Cümhuriyyət Universitetində  olub. Professor “Orta əsrlər Azərbaycan fəlsəfəsi”,  “XIX əsr Azərbaycan fəlsəfəsi”, “XX əsr Azərbaycan fəlsəfəsi”, “Müasir dövr Azərbaycan fəlsəfəsi”, “Türk dünyası fəlsəfi fikrinin aktual problemləri” mövzularında  mühazirələr oxuyub. Fəlsəfə bölümündə fəlsəfə tarixi üzrə oxuduğu mühazirələrdən sonra tələbələrin sualları cavablandırılıb.Professor R.Aslanova beş günlük səfər çərçivəsində  adıçəkilən universitetin  Ədəbiyyat fakültəsinin fəlsəfə bölümünün müdiri professor Ali Taşkın, professor Yıldız Karagöz Yeke və digər əməkdaşlarla görüşüb. Müzakirələr zamanı Türk dünyası fəlsəfi fikrinin tədrisinin əhəmiyyətindən, o cümlədən bölümlərarası birgə tədqiqatların perspektivlərindən danışılıb. Sonda professorauniversitetin təşəkkür məktubu təqdim edilib, xatirə şəkli çəkilib.

Mətbuat və informasiya şöbəsi, 29 mart 2018-ci il.


Xəbərlər

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib
13/11/2026

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib
13/11/2026