BDU-nun professoru Telman Xəlilov vəfat edib

30/08/2024

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Coğrafi ekologiya kafedrasının professoru Telman Xəlilov vəfat edib.

O, 1938-ci il oktyabrın 26-da Bakıda anadan olub.1957-1962-ci illərdə BDU-nun Geologiya-coğrafiya fakültəsində təhsil alıb. 1973-cü ildə kənd təsərrüfatı elmləri namizədi, 2003-cü ildə dosent, 2007-ci ildə coğrafiya elmləri doktoru, 2012-ci ildə professor elmi dərəcələrini alıb.

Əmək fəaliyyətinə 1955-ci ildə “Leninneft” trestinin 12-ci mədənində operator kimi başlayan Telman Xəlilov 1964-1974-cü illərdə AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda kiçik elmi işçi,1974-1994-cü illərdə Azərbaycan Elmi-Tədqiqat Hidrotexnika və Meliorasiya İnstitutunda baş elmi işçi, laboratoriya müdiri işləyib. 1994-1996-ci illərdə Kənd Təsərrüfatı Nazirliyinin Baş Elm və Təhsil İdarəsində baş mütəxəssis, 1996-cı ildən BDU-nun Ətraf mühitin mühafizəsi kafedrasında dosent, 2012-ci ildən Coğrafi ekologiya kafedrasında professor vəzifələrində çalışıb.

Tədqiqat sahəsi coğrafi ekologiya və torpaqşünaslıq olan professor Telman Xəlilov 50 elmi əsərin, o cümlədən 3 monoqrafiya, 2 elmi-populyar kitab, 3 dərslik və dərs vəsaitinin müəllifi idi.

BDU rəhbərliyi və kollektivi professor Telman Xəlilovun vəfatından kədərləndiyini bildirir, ailəsinə dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

Xəbərlər

BDU Azıx mağarasında aparılan beynəlxalq arxeoloji tədqiqatlara qoşulub

BDU Azıx mağarasında aparılan beynəlxalq arxeoloji tədqiqatlara qoşulub
27/08/2026

BDU-nun həmtəşkilatçılığı ilə keçirilən “GeoCamp” Tələbə yay düşərgəsi təlim və sessiyalarla davam edir

BDU-nun həmtəşkilatçılığı ilə keçirilən “GeoCamp” Tələbə yay düşərgəsi təlim və sessiyalarla davam edir
27/08/2026

“GeoCamp” Tələbə yay düşərgəsində gecə müşahidəsi və “Kvest” oyunu keçirilib

“GeoCamp” Tələbə yay düşərgəsində gecə müşahidəsi və “Kvest” oyunu keçirilib
27/08/2026