Geologiya fakültəsinin professoru Türkiyədə elmi ezamiyyətdə olub

04/05/2017

Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin Faydalı qazıntılar kafedrasının professoru Nazim İmamverdiyev İstanbul və Boğaziçiuniversitetlərində elmi ezamiyyətdə olub. İstanbul Universitetinin Petrologiya və Mineralogiya kafedrasının müdiri, professor Mehmet Kəskinlə görüşdə Kiçik Qafqazın gec kaynozoy vulnanizminin əmələ gəlmə problemlərimüzakirə edilib. Gec kaynozoy formasiyaları süxurlarının əmələ gəlməsini və təkamülünü aydınlaşdırmaq məqsədilə kompüter proqramları vasitəsilə müxtəlif proseslərin (kristallaşma diferensiasiyası - FC, assimil­yasiya və fraksion kristallaşma – AFC, qismən ərimə) modelləşdirilməsi aparılıb, Kiçik Qafqazın Üst Pliosen-Dördüncü dövr vulkanizminin Şərqi Anadolunun eyni yaşlı vulkanizmi ilə müqayisəli analizi müzakirə olunub.

Aparılmış tədqiqatlar əsasında Web of Sciences jurnallarında birgə məqalə nəşr etmək və elmi-tədqiqat işləri aparmaq barəd qərara gəlinib.

Mətbuat və informasiya şöbəsi, 04 may, 2017-ci il

Xəbərlər

BDU-da şanlı Zəfərə həsr olunmuş fləşmob

BDU-da şanlı Zəfərə həsr olunmuş fləşmob
07/11/2026

BDU-da “Xarıbülbül” rəsm sərgisi keçirilir

BDU-da “Xarıbülbül” rəsm sərgisi keçirilir
06/11/2026

BDU tələbələri Zəfər muzeyində

BDU tələbələri Zəfər muzeyində
06/11/2026