BDU-nun iki müəllimi vəfat edib

09/11/2021

Bakı Dövlət Universitetinin (BDU) iki müəllimi vəfat edib.

Universitetinin Filologiya fakültəsinin Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının professoru Nizami Qasım oğlu Xəlilov vəfat edib. 72 yaşında dünyasını dəyişən Nizami Xəlilov 1973-cü ildən BDU-da pedaqoji fəaliyyətə başlayıb. 2003-cü ildən BDU-nun Filologiya fakültəsində elmi işlər və magistratura üzrə dekan müavini, 2015-ci ildən BDU-nun Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının professoru olub.

BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin Kitabxana resursları və informasiya axtarış sistemləri kafedrasının dosenti Aşur Müseyib oğlu Əliyev 75 yaşında vəfat edib. 1965-1969-cu illərdə BDU-nun Kitаbхаnаçılıq fаkültəsində təhsil alıb. 1978-ci ildən BDU-da pedaqoji fəaliyyətə başlayıb. 1991-ci ildə “Naxçıvan Muxtar Respublikasında kitabxana işinin tarixi və müasir vəziyyəti (1920-1985-ci illər)” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. Uzun müddət fakültədə dekan müavini vəzifəsində çalışıb. 1992-ci ildən Kitabxana resursları və informasiya axtarış sistemləri kafedrasının dosenti idi.
Allah rəhmət eləsin!

Xəbərlər

Müstəqilliyimizin əbədi rəmzi

Müstəqilliyimizin əbədi rəmzi
09/11/2026

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026