BDU-nun professoru vəfat edib
15/10/2021
Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Türkologiya kafedrasının professoru, filologiya elmləri doktoru Məmmədəli Novruzov vəfat edib. 65 yaşında dünyasını dəyişən M.Novruzov 1973-1978-ci illərdə BDU-nun Filologiya fakültəsində təhsil alıb. 1985-ci ildən Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətə başlayıb. Türkologiyanın ümumi nəzəri problemləri, qədim türk abidələri, müasir türk dillərinin fonetk, leksik və qrammatik quruluşu, türk əlifbaları sahələrində tədqiqat işi aparıb. 70-ə yaxın elmi, 500-ə yaxın elmi-kütləvi məqalənin, 4 monoqrafiya və 2 kitabın müəllifi olub.
Allah rəhmət eləsin!

Xəbərlər
E.S.Babayevin Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
E.S.Babayevin Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
M.M.Abbaszadənin Bakı Dövlət Universitetinin rektoru təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
M.M.Abbaszadənin Bakı Dövlət Universitetinin rektoru təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
BDU-nun dosenti Nərman Süleymanov vəfat edib
BDU-nun dosenti Nərman Süleymanov vəfat edib
