BDU-nun professoru Xəzər regionuna həsr olunmuş beynəlxalq Mediaforumda iştirak edib

25/09/2019

Bakı Dövlət Universitetinin İqtisadi və sosial coğrafiya kafedrasının müdiri professor Çingiz İsmayılov Rusiyanın Həştərxan şəhərində “Xəzər-Avrasiya beynəlxalq və ictimai-siyasi tədqiqatlar mərkəzi” Assosiasiyasının təşkilatçılığı ilə keçirilən V Xəzər Mediaforumunda iştirak edib. Mediaforuma Azərbaycan, Qazaxıstan, Rusiya, Türkmənistan və Özbəkistandan olan nümayəndə heyətləri qatılıb.

Forum çərçivəsində panel müzakirələri, ekspertlərin görüşləri və strateji təhlil sessiyaları keçirilib. Əsas tədbirlər çərcivəsində Həştərxan Dövlət Texniki Universitetində ”Xəzər Konvensiyası: bir il sonra”, təhlükəsizlik və geosiyasi məsələlər üzrə ekspert sessiyaları baş tutub. Sessiyada Bakı Dövlət Universitetinin iqtisadi və sosial coğrafiya kafedrasının müdiri professor Çingiz İsmayılov “Xəzəryanı regionunda davamlı sosial-iqtisadi inkişafın təmin edilməsinin vacibliyi” adlı məruzə ilə çıxış edib. Məruzə ətrafında maraqlı diskussiyalar aparılıb. Sessiyanın qərarına əsasən məruzələr, o cümlədən professor Çingiz İsmayılovun məruzəsinin məqalə şəklində Rusiya Dövlət Humanitar Universitetinin “Евразийские исследования. История, политология, международные отношения" jurnalında çap edilməsi tövsiyə edilib.

Xəbərlər

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib
13/11/2026

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib
13/11/2026