BDU-nun professoru Yalçın Əlizadə vəfat edib

03/12/2023

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin professoru, filologiya üzrə fəlsəfə doktoru Yalçın Mustafa oğlu Əlizadə 83 yaşında vəfat edib.

Yalçın Əlizadə 1940-cı ilin yanvarın 17-də Gəncə şəhərində anadan olub. 1957-ci ildə Bakıda 132 nömrəli orta məktəbi bitirib. 1957-ci ildə BDU-nun Jurnalistika fakültəsinə daxil olub.1962-ci ildə Universiteti bitirdikdən sonra Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində çalışıb. 1971-1974-cü illərdə BDU-nun Jurnalistika fakültəsinin əyani aspiranturasında təhsil alıb.

1974-cü ildə "Azərbaycanda radiojurnalistikanın təşəkkülü və inkişafı" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. O, 1974-1981-ci illərdə BDU-nun Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb. 1979-1989-cu illərdə Universitetin Müəllim Həmkarlar İttifaqı Komitəsinin sədri olub. 1982-1999-cu illərdə Televiziya və radio jurnalistikası kafedrasının müdiri vəzifəsində çalışıb. 1999-2012-ci illərdə Jurnalistika fakültəsinin dekanı olub.

Yalçın Əlizadə Azərbaycanda radio jurnalistikasının nəzəri əsaslarını fundamental sürətdə araşdıran ilk alimlərdən, bu sahənin ən yaxşı tədqiqatçılarından biri idi. O, televiziya və radio jurnalistikasının aktual problemlərinə dair 100-ə yaxın elmi məqalənin, 4 kitabın müəllifi olub.

Allah rəhmət eləsin!

Xəbərlər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib
13/11/2026

BDU tələbələri Pekin Kimya Texnologiyası Universitetində keçirilən mədəniyyət festivalında Azərbaycanı təmsil ediblər

BDU tələbələri Pekin Kimya Texnologiyası Universitetində keçirilən mədəniyyət festivalında Azərbaycanı təmsil ediblər
13/11/2026