BDU-nun “Psixologiya klubu”nun növbəti buraxılışı olub

30/05/2025

Bakı Dövlət Universitetinin (BDU) Psixoloji yardım sektorunun “Psixologiya klubu”nun növbəti buraxılışı olub.

Sektorun psixoloqu Natəvan Həsənzadə bildirib ki, iki ay davam edən layihə ərzində tələbələr psixoji mövzulara dair nəzəri və praktik biliklər eldə ediblər. Tələbələr psixoloji işin düzgün qurulması, psixoterapiya prosesi və psixoloji yardım haqqında ətraflı məlumatlandırılıblar. Layihənin praktik tərəfləri müxtəlif testlər, analitik təhlillər və çalışmalar vasitəsilə aparılıb.

Sonda "Psixologiya klubu"nun iştirakçıları üçün imtahan keçirilib, imtahandan yüksək nəticə toplayan və layihə boyu fəal iştirak edən tələbələr sertifikatla təltif olunublar.

“Psixologiya klubu” növbəti dərs ilində yenidən fəaliyyətini davam etdirəcək.

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək”

BDU-nun Astrofizika kafedrası: “Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək”
02/11/2026

BDU-nun şəhid məzunu Fikrət Zeynallının məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Fikrət Zeynallının məzarı ziyarət olunub
02/11/2026

BDU-da “Zəfərin 44 sütunu” layihəsinin növbəti görüşü: “Qələbənin izi ilə”

BDU-da “Zəfərin 44 sütunu” layihəsinin növbəti görüşü: “Qələbənin izi ilə”
02/11/2026