BDU-nun Psixoloji yardım sektoru “Cütlük münasibətlərində manipulyasiya” mövzusunda təlim keçirib

21/04/2025

Bakı Dövlət Universitetinin (BDU)  Psixoloji yardım sektoru (PYS) tələbələr üçün “Cütlük münasibətlərində manipulyasiya” mövzusunda maarifləndirici təlim keçirib.

Təlimdə müxtəlif fakültələrdən olan tələbələr iştirak ediblər. Psixoloji yardım sektorunun psixoloqu Vasif Bəşirov bildirib ki, manipulyasiya insanın başqalarının duyğularını, düşüncələrini və davranışlarını öz maraqlarına uyğun olaraq gizli və ya aldadıcı şəkildə idarə etməyə çalışmasıdır. O, tələbələrə manipulyasiyanın rast gəlinən əsas növləri, onların fərdi və sosial münasibətlərə təsiri barədə məlumat verib.

Təlimdə ailədaxili münasibətlər, davranışlar, baş verən problemlər geniş təhlil edilib. Qeyd olunub ki, ailədaxili münasibətlərdə səmimiyyət, sevgi, qayğı, qarşılıqlı məsuliyyət fərdlərin fiziki və psixoloji baxımdan sağlam inkişafının əsas şərtidir.

İştirakçılarla münasibətlərdə emosional ehtiyacların insan psixologiyasına və davranışlarına təsiri mövzusunda interaktiv müzakirələr aparılıb.

 

 

Xəbərlər

622,7 balla BDU-nun “Biotexnologiya” ixtisasını seçən tələbə: “Embriologiya və genetika üzrə tədqiqatlar aparmaq istəyirəm”

622,7 balla BDU-nun “Biotexnologiya” ixtisasını seçən tələbə: “Embriologiya və genetika üzrə tədqiqatlar aparmaq istəyirəm”
09/09/2026

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda
08/09/2026

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb
07/09/2026