BDU-nun Psixoloji yardım sektoru "Düşüncənin gücü" adlı təlim keçirib

03/05/2024

Bakı Dövlət Universitetinin (BDU) Psixoloji yardım sektoru tələbələr üçün  “Düşüncənin gücü” adlı təlim keçirib.

Təlimə universitetin bütün fakültələrindən tələbələr qatılıb. Tələbələrə düşüncənin insan həyatındakı rolu, duyğu və  davranışlara təsiri, gündəlik həyatda istifadə edilən düşüncə xətaları (koqnitiv təhriflər) və onlarla mübarizə üsulları haqqında ətraflı məlumat verilib. Qeyd edilib ki, gündəlik həyatda istifadə edilən koqnitiv təhriflər müxtəlif faktorlarla bağlı meydana çıxa bilər.

Tələbələrin müzakirə olunan mövzu ilə bağlı sualları cavablandırılıb, onlara gündəlik həyatda istifadə olunan koqnitiv təhriflərlə bağlı doğru mübarizə texnikaları öyrədilib.

Sonda tələbələr öyrəndikləri mübarizə texnikalarını tətbiq etməklə neqativ düşüncələri daha funksional düşüncələrlə əvəz edən praktik çalışmalar yerinə yetiriblər.

 

Xəbərlər

XII Bakı Beynəlxalq Kitab Sərgisində “BDU-nun Media problemləri jurnalı” təqdim olunub

XII Bakı Beynəlxalq Kitab Sərgisində “BDU-nun Media problemləri jurnalı” təqdim olunub
25/10/2026

BDU-nun dosenti, XII Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarı Reyhan Şıxlinskayanın oxucuları ilə görüşü

BDU-nun dosenti, XII Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarı Reyhan Şıxlinskayanın oxucuları ilə görüşü
25/10/2026

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş
24/10/2026