BDU-nun Psixoloji Yardım Sektoru fəaliyyətini ənənəvi formada davam etdirir

30/09/2021

Ənənəvi təhsilin bərpa olunması ilə Bakı Dövlət Universitetinin Psixoloji Yardım Sektoru da öz fəaliyyətini əyani formada davam etdirməyə başlayıb. BDU-nun tələbələri və əməkdaşları psixoloji gərginliyin, həyəcan və təşvişin aradan qaldırılması, stresin idarə olunması, depressiv hallar, ailədaxili və şəxsiyyətlərarası konfliktlərə münasibətin dəyişdirilməsi, psixosomatik problemlərin həlli üçün Psixoloji Yardım Sektoruna müraciət edə və bu xidmətdən yararlana bilərlər.

Qeyd edək ki, 2019-cu ildə fəaliyyətə başlayan Bakı Dövlət Universitetinin Psixoloji Yardım Sektorunun əsas vəzifəsi Universitet əməkdaşlarının və tələbələrin peşəkar şəxsi inkişaf və yüksəlişinə kömək etmək, onların psixoloji müdafiəsini təmin etmək, psixoloji sağlamlıqlarını qoruyub saxlamağa və gücləndirməyə, öz istedadlarını inkişaf etdirmələrinə dəstək göstərməkdir.

Xəbərlər

Birinci instansiya məhkəmələrinə ilk dəfə təyin edilən 39 hakimdən 27-si BDU məzunudur

Birinci instansiya məhkəmələrinə ilk dəfə təyin edilən 39 hakimdən 27-si BDU məzunudur
11/10/2026

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva
10/10/2026

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026