BDU-nun Psixoloji Yardım Sektoru fokus qrup təlimləri keçirir

03/12/2021

Bakı Dövlət Universitetinin (BDU) Psixoloji Yardım Sektoru tələbələr üçün fokus qrup görüşləri keçirir. Fokus qrupların keçirilməsində məqsəd tələbələr üçün aktual olan mövzuları öyrənmək və bu mövzuları nəzərə alaraq təbliğat və təlimlər aparmaqdır. Qrup üzvləri görüş zamanı tələbələr üçün aktual mövzuları müxtəlif aspektlərdən müzakirə edirlər.

Qeyd edək ki, fokus qrupda əsas məqsəd iştirakçıların mövzu barədə rəylərini və məsələlərə baxışlarını kollektiv müzakirə mühitində öyrənməkdir. Tədqiqatçıya lazım olan informasiya iştirakçıların qarşılıqlı müzakirə və söhbəti əsasında əldə edilir. Fokus qrup insanların şəxsi fikir, təcrübə, rəy, narahatlıq və arzularını öyrənmək üçün faydalı tədqiqat metodudur. Burada respondentlərin birbaşa iştirakı ilə tədqiqatçı tərəfindən müəyyən edilmiş spesifik mövzular qrup halında müzakirə olunur.

BDU-nun Psixoloji Yardım Sektoru tərəfindən növbəti fokus qrup müzakirələri 06-10 dekabr tarixlərində "Valideyn-övlad", "Tələbələrin adaptasiya dövrü" mövzuları üzrə aparılacaq.

Təlimlərə qatılmaq üçün Psixolojı Yardım Sektorunun +994 (77) 304 24 48 whatsapp nömrəsinə müraciət edə bilərsiniz.

Xəbərlər

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026

BDU-da şanlı Zəfərə həsr olunmuş fləşmob

BDU-da şanlı Zəfərə həsr olunmuş fləşmob
07/11/2026