BDU-nun Psixoloji yardım sektoru I kurs tələbələri ilə görüş keçirib

29/09/2025

Bakı Dövlət Universitetinin (BDU) Psixoloji yardım sektoru (PYS) I kurs tələbələri ilə görüş təşkil edib.

Tələbələrin psixoloji rifahını gücləndirmək və onların fərdi inkişafına dəstək vermək məqsədilə keçirilən tədbirdə bütün fakültələr üzrə yeni qəbul olunmuş tələbələr iştirak ediblər.

Görüş zamanı PYS-in fəaliyyəti, göstərilən xidmətlər, həyata keçirilən təlim və layihələr barədə ətraflı məlumat verilib. Tələbələrə bu xidmətlərdən necə yararlana biləcəkləri və müxtəlif layihələrdə iştirak imkanları izah olunub.

Qeyd olunub ki, sektorun əsas məqsədi tələbələrə psixoloji dəstək göstərmək, məxfi və etibarlı mühit təmin etmək, eləcə də onların akademik və şəxsi həyatlarında üzləşdikləri çətinliklərin öhdəsindən gəlmələrinə yardım etməkdir. Həmçinin vurğulanıb ki, ehtiyac yarandığı halda tələbələr fərdi konsultasiya üçün də PYS-ə müraciət edə bilərlər.

Sonda tələbələrə sektorun fəaliyyəti ilə bağlı flayerlər paylanılıb.

Xəbərlər

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü
27/10/2026

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb
27/10/2026

BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir

BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir
27/10/2026