BDU-nun Psixoloji yardım sektoru I kurs tələbələri üçün təlimlər keçirib

30/10/2023

Bakı Dövlət Universitetinin (BDU) Psixoloji yardım sektoru I kurs tələbələrinə "Tələbələrin adaptasiyası" mövzusunda silsilə təlimlər keçirib.

Məqsəd universitet həyatına uyğunlaşma dövründə çətinlik çəkən I kurs tələbələrini bu mövzuda maarifləndirmək və problemlərdən çıxış yollarını təlimçi ilə birgə interaktiv müəyyən etməkdir.

Təlimlərin ilkin mərhələsində tələbələr empatiya quraraq tanışlıq çalışması yerinə yetiriblər. Təlimin növbəti hissəsində yeni mühitə adaptasiya prosesi izah olunub. Bu mövzuda tələbələrlə müxtəlif testlər işlənilib, qısametrajlı videoçarx izlənilib. Təlimin sonunda tələbələr iki qrupa bölünərək komanda şəklində mövzuya aid çalışmalar yerinə yetiriblər.

Xəbərlər

XII Bakı Beynəlxalq Kitab Sərgisində “BDU-nun Media problemləri jurnalı” təqdim olunub

XII Bakı Beynəlxalq Kitab Sərgisində “BDU-nun Media problemləri jurnalı” təqdim olunub
25/10/2026

BDU-nun dosenti, XII Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarı Reyhan Şıxlinskayanın oxucuları ilə görüşü

BDU-nun dosenti, XII Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarı Reyhan Şıxlinskayanın oxucuları ilə görüşü
25/10/2026

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş
24/10/2026