BDU-nun Psixoloji yardım sektoru məktəblilər üçün təlim keçib

17/03/2025

Bakı Dövlət Universitetinin (BDU) Psixoloji yardım sektoru İlyas Əfəndiyev adına Elitar gimnaziyanın şagirdləri üçün təlim keçib.

Sektorun psixoloqu Natəvan Həsənzadə tərəfindən “Şagirdlərin təhsildə motivasiyası” mövzusunda keçirilən təlimdə motivasiyanın öyrənmə, təlim prosesinin məhsuldarlığına, effektivliyinə müsbət təsir göstərən və öyrənmə fəaliyyətinin müvəffəqiyyətini müəyyən edən başlıca ünsür olduğu qeyd olunub. Vurğulanıb ki, təlim prosesinin sistematikliyi üçün vacib şərtlərdən biri kimi qiymətləndirilən motivasiyanın olmaması təlim uğurlarının azalmasına səbəb ola bilər. Motivasiya həm də şagirdləri idraki fəaliyyətə, təhsilin məzmununun fəal mənimsənilməsinə sövq edən proseslərə, metodlara, vasitələrə verilən ümumi addır. Müasir psixoloji terminologiyada motivasiya hərəkəti, davranışı, fəaliyyəti və tələbatın ödənilməsini stimullaşdıran prosesin xarakteristikası və davranışı müəyyən edən sistem kimi öyrənilir: “Təlim prosesində müsbət nəticə əldə etməyin başlıca yolu motivasiyanın yüksəldilməsi ilə müəyyən olunur. Yüksək motivasiya həm də düzgün inkişaf etmiş şəxsiyyət deməkdir. Problemə bu cür yanaşma olduqca aktual xarakter daşıyır. Çünki motivasiya insan davranışını tənzim edən enerji mənbəyi rolunu oynayır. O, eyni zamanda insanı müəyyən məqsəd, fəaliyyət üçün hərəkət etməyə sövq edən daxili potensial kimi qəbul edilir”.

Təlim müddətində uşaqlar üçün müxtəlif motivasiya testləri, interaktiv müzakirə təşkil olunub.

Xəbərlər

Bakı Dövlət Universiteti və Yerusəlim İbrani Universitetinin birgə ikili diplom proqramına qəbul başlayır

Bakı Dövlət Universiteti və Yerusəlim İbrani Universitetinin birgə ikili diplom proqramına qəbul başlayır
03/08/2026

Abituriyentlərin nəzərinə: BDU-da 76 ixtisas üzrə qəbul aparılacaq

Abituriyentlərin nəzərinə: BDU-da 76 ixtisas üzrə qəbul aparılacaq
03/08/2026

2026/2027-ci tədris ilində BDU-nun magistraturasına 1355 nəfər qəbul olunub

2026/2027-ci tədris ilində BDU-nun magistraturasına 1355 nəfər qəbul olunub
03/08/2026