BDU-nun Psixoloji yardım sektoru yuxunun insan həyatında roluna dair təlim keçirib
12/04/2023
Bakı Dövlət Universitetinin (BDU) Psixoloji yardım sektoru “Yuxunun insan həyatındakı rolu” adlı təlim keçirib.
Təlim iştirakçılarına yuxularla bağlı elmi yanaşmalar, yuxu rejiminin pozulmasının insan psixologiyasına təsiri, yaratdığı fəsadlar barədə məlumat verilib. Yuxularla bağlı tarix boyu söylənmiş fikirlər, yuxu simvolları haqqında məlumatlar təhlil və müzakirə edilib. İştirakçılara bəzi universal simvolların mənaları izah olunub.
Z. Freyd, K. Q. Yung və E. Fromm kimi alimlərin yuxularla bağlı fikirləri diqqətə çatdırılıb.
Təlimin sonunda həm yuxu, həm də nağıllardakı simvoların izahi ilə bağlı əvvəlcədən iştirakçılara göndərilmiş materiallar təhlil edilib.

Xəbərlər
BDU-da ilk dərs günündən 107 il ötür
BDU-da ilk dərs günündən 107 il ötür
Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ
Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ
“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
