BDU-nun Psixoloji yardım sektorunun “Liderlik məktəbi” layihəsi yekunlaşıb

05/12/2024

Bakı Dövlət Universitetinin (BDU) Psixoloji yardım sektorunun "Liderlik məktəbi" layihəsi yekunlaşıb.

Psixoloji yardım sektorunun psixoloqu Natəvan Həsənzadə layihənin aktiv iştirakçısı olan tələbələrlə görüşüb. O qeyd edib ki, iki ay ərzində gənclərin liderlik və komanda işini öyrənmələrinə dəstək olmağı hədəfləyən layihədə 20-dək tələbə iştirak edib. Layihə müddətində tələbələrə qrup idarəetməsi, düzgün qərar qəbuletmə və effektiv ünsiyyət bacarıqları öyrədilib, onların tənqidi düşüncə və analiz qabiliyyətləri inkişaf etdirilib.

Görüşün sonunda tələbələrlə layihə boyu görülən işlərin monitorinqi müzakirə edilib. Tələbələrə strateji planlama - SWOT analiz haqqında məlumat verilib və çalışmalar yerinə yetirilib.

Xəbərlər

BDU-da Ümumdünya Layiqli Əmək Gününə həsr olunmuş dəyirmi masa

BDU-da Ümumdünya Layiqli Əmək Gününə həsr olunmuş dəyirmi masa
07/10/2026

Bakı Dövlət Universitetində “Clarivate Günləri”

Bakı Dövlət Universitetində “Clarivate Günləri”
07/10/2026

BDU əməkdaşları üçün “Rəqəmsal bacarıqlar və müasir rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçiriləcək

BDU əməkdaşları üçün “Rəqəmsal bacarıqlar və müasir rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçiriləcək
07/10/2026