BDU-nun Psixoloji yardım sektorunun “Oxu klubu”na qeydiyyat davam edir

17/11/2022

Bakı Dövlət Universitetinin (BDU) Psixoloji yardım sektorunun nəzdində fəaliyyət göstərən “Oxu klubu”na qeydiyyat davam edir.

“Oxu klubu”nun əsas məqsədi Universitetin tələbə və əməkdaşlarının təhsil və şəxsi inkişaf səviyyəsinin artırılmasıdır. Kluba bütün fakültələrin tələbə və əməkdaşları üzv ola bilərlər.

Klubun fəaliyyət planı çərçivəsində moderatorluq qabiliyyətinin, oxu vərdişlərinin inkişaf etdirilməsi, ədəbiyyat nümunələrinin təhlili məqsədilə psixi proseslər üzrə praktik çalışmaların aparılması nəzərdə tutulub.

Kluba qoşulan I-III kurs tələbələri ilə görüş noyabrın 23-ü saat 14:00-da, II-IV kurs tələbələri ilə isə noyabrın 30-u saat 12:00-da keçiriləcək. Hər görüş 1.5-2 saat davam edəcək.

Qeydiyyatdan keçmək üçün əlaqə: wp: (077)304 24 48, instgram: pys__bdu.

Xəbərlər

BDU-da “Zəfərin toponimik izləri” adlı tədbir

BDU-da “Zəfərin toponimik izləri” adlı tədbir
05/11/2026

BDU tələbələri üçün Qazaxıstanın Astana Beynəlxalq Universitetində təhsil almaq imkanı

BDU tələbələri üçün Qazaxıstanın Astana Beynəlxalq Universitetində təhsil almaq imkanı
05/11/2026

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Zəfər yaddaşı” intellektual oyunu

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Zəfər yaddaşı” intellektual oyunu
05/11/2026